Mədənin dostu - Kələm şirəsi

Mədənin dostu - Kələm şirəsi backend

Kələm şirəsi çox faydalı, müxtəlif vitaminlər və minerallarla zəngin olan müalicəvi içkidir.

Medicina.az xəbər verir ki, kələmin tərkibində mədə və 12 barmaq bağırsağı xoralarının sağalmasına kömək edən nadir U vitamini var. Bu səbəbdən kələm şirəsi bu xəstəliklər zamanı müalicəvi vasitə kimi istifadə oluna bilər. Lakin burada nəzərə almaq lazımdır ki, kələm şirəsi yalnız mədə şirəsinin turşuluğunun azalması ilə müşayiət olunan xəstəliklər zamanı istifadə oluna bilər. Mədə şirəsinin turşuluğu yüksəkdirsə, kələm şirəsi istifadə olunmur.

Kələm şirəsi orqanizmi ziyanlı maddələrdən çox yaxşı təmizləyir, "pis” xolesterinin səviyyəsini aşağı salır. Kələm şirəsi ən yaxşı detokslardan biridir.

Kələm şirəsi sidikqovucu təsirə malikdir, böyrəkləri, sidik kisəsini və sidik yollarını təmizləyir.

Kələm şirəsinin balla qarışığı öskürək zamanı çox yaxşı kömək edir.

Boğaz ağrısı zamanı kələm şirəsini bir qədər qızdırın və boğazınızı gün ərzində dir neçə dəfə yaxalayın. Bu vasitə iltihabı azaldır.

Kələm şirəsi dərinin, dırnaqların, saçların vəziyyətinə çox müsbət təsir edir, orqanizmi cavanlaşdırır.

Kələm şirəsinin kök şirəsi ilə qarışığı qəbizlik zamanı yaxşı kömək edir. Həmçinin bu qarışıq immun sistemini möhkəmləndirir.

Kələm şirəsi arıqlamağa kömək edir.

Kələm şirəsi yanıqlar və müxtəlif dəri problemləri zamanı çox effektlidir – yanıqların daha tez sağalmasına kömək edir, dərini yaxşı təmizləyir, iltihabları azaldır.
Diaspora