Ayaqlarımızın altında bitən QARACİYƏR DƏRMANI

Ayaqlarımızın altında bitən QARACİYƏR DƏRMANI backend

Alaq otu kimi tanıdığımız yatıq qanqal əslində olduqca faydalı müalicəvi bitkidir.

Elmi araşdırmalar göstərib ki, yatıq qanqalın toxumlarının qaraciyərin sağlamlığına olan faydası sözün əsl mənasında heyranedicidir:

- Güclü antioksidant xüsussiyyətlərə malik olan yatıq qanqal qaraciyəri sərbəst radikalların təsirindən qoruyur, xərçəng hüceyrələrinin əmələ gəlməsinə mane olur.

- Yatıq qanqalın toxumlarında xüsusi “silimarin” adlı maddə var. Bu maddə güclü hepatoprotektordur. Yəni qaraciyərin hüceyrələrinin divarlarını möhkəmləndirir və bununla da onların müxtəlif ziyanlı faktorların təsirinə qarşı həssaslığını azaldır.

- Hamı bilir ki, qaraciyər özü özünü bərpa etmək unikal xüsusiyyətə malikdir. Hətta qaraciyərin böyük hissəsi xaric olunduqdan bir müddət sonra orqan demək olar tam şəkildə regenerasiya (bərpa) olunur. Yatıq qanqalın digər möcüzəvi təsiri ondan ibarətdir ki, bu ot qaraciyərin regenerasiyasını tezləşdirir.

- Yatıq qanqal qaraciyəri təmizləyir.

- Güclü iltihabəleyhinə xüsusiyyətə malik olan yatıq qanqal qaraciyərdə iltihabı azaldır.

- Qanqal həmçinin əla ödqovucu xüsusiyyətlərə malikdir. Ödü duruldur, öd daşı xəstəliyinin qarşısını alır.

Sonda saglamolun.az Rusiya KİV-lərinə istinadla sizə qaraciyəri bərpa edən resept təqdim edir.

Rusiyalı həkim fitoterapevt Tatyana Kovalyova “O samom qlavnom” verlişində tamaşaçıları belə reseptlə tanış edib.

1 ç.q. yatıq qanqal üyüdülür, az miqdarda balla qarışdırılır və gündə 1 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul olunur. Bunu hər gün 2 həftə ərzində etmək lazımdır.

Saglamolun.Az
Diaspora