Ev şəraitində “zob” xəstəliyini olub-olmadığını necə yoxlamaq olar?
Çox adam hərdən yuxudan pis əhval-ruhiyyə ilə oyanır və bu da anlaşılmaz yorğunluqdan əziyyət çəkməklə nəticələnir. Depressiya, apatiya və tez-tez təkrarlanan xəstəliklər... Bütün bunların bir izahı var: qalxanvari vəzdəki problem, boğaz uru və ya el arasında “zob” adlanan xəstəlik.Əgər qalxanvari vəz pis işləyirsə, orqanizm buna çox kəskin reaksiya verir. Sağlıqla bağlı mütləq problem meydana gəlir.
Öz qalxanvari vəzinizi yoxlamaq üçün termometr yetərlidir!
Bəs həkimə getmədən qalxanvari vəzin qaydasında olduğunu necə bilmək olar? Həkimə qaçmağa tələsməyin, çox sadə üsul var.
Bununçün yalnız səhər tezdən öz bədəninizin temperaturunu düzgün ölçmək kifayət edər. Termometri gecədən 35 dərəcəyə qədər çırpın. Səhər yuxudan oyanan kimi termometri qoltuğunuzun altına qoyub 10 dəqiqə saxlayın.
Nəticəyə baxaq. Əgər bədənin temperaturu 36,5 С-dən 36,8 С-ə qədərdirsə hər şey əladır. Qalxanvari vəz normal işləyir və sizin pis əhval-ruhiyyənizin səbəbi başqadır. Yox, əgər temperatur bundan yuxarı və ya aşağıdırsa, problem var. Temperatur aşağıdırsa, qalxanvari vəz öz funksiyasını tam olaraq yerinə yetirmir. Əgər yüksəkdirsə orqanizmdə iltihab prosesi gedir. Hər iki halda konsultasiya üçün mütləq həkimə müraciət etmək lazımdır.
Qaziler.az