Qanı qatılaşdıran 5 içki – Ürəyi xəstə olanlar ehtiyatlı olmalıdır!

Qanı qatılaşdıran 5 içki – Ürəyi xəstə olanlar ehtiyatlı olmalıdır! backend

Qan bütün orqanizmi oksigenlə təmin edən və həyat mənbəyi olan ən vacib mayedir. Qanın keyfiyyəti, dövranı birbaşa insanın səhhətinə təsir edir.

Həddən artıq qatı qan yorğunluq, əzələlərdə ağrılar, əsəbilik, ürək xəstəlikləri, insult və infarkta səbəb ola bilər. Qatı qan tromb yaranması və damar tıxanmasının riskini artırır.

Medicina.az sizə qanımızı qatılaşdıran 5 içkini təqdim edir.

1. Şirin qazlı içkilər

Onların tərkibində olan fruktoza, saxaroza, aspartam qanı qatılaşdırır

2. Qəhvə

Sidikqovucu olduğu üçün suyu orqanizmdən qovur və qan qatılaşır

3. Tünd qara çay

Qanın tərkibinə müsbət təsir etmir, çay içənlər su qəbul etmir ki, bu da orqanizmdə maye qıtlığı yaradıb, qanın sürətini və miqdarını da azaldır

4. Alkoqol içkilər

Onlar da güclü sidikqovucudur. Orqanizm aktiv şəkildə maye itirir. Beynin susuzlaşmasına səbəb olur.

Müntəzəm olaraq spirtli içki içənlərdə qan qatılaşır və ürək-damar sistemi oksigen almır

5. Bəzi bitkilərdən çaylar

Gicitkan, dazı otu və bəzi digər ot dəmləmələri də qanı qatılaşdırır.

Saglamolun.Az
Diaspora