Limon və onun şirəsi qaraciyərin və digər orqanların işinə müsbət təsir göstərir.
Xezerxeber.az "MedikForum” saytına istinadən xəbər verir ki, ekspertlər bu qənaətə gəliblər.Xalq təbabətində limon müxtəlif xəstəliklərdən xilas olmağın əsas çarəsi hesab edilir. Buna görə də müxtəlif dərman vasitələrinin hazırlanması zamanı immuniteti artırmaq, mədə və qaraciyər xəstəliklərini aradan qaldırmaq üçün çox vaxt limon cövhərindən istifadə edirlər.
Limonun tərkibindəki vitaminlər və minerallar orqanizmin infeksiyalara qarşı müqavimət qabiliyyətini artırmaq üçün immuniteti bərpa edir. O, toksinləri və xolesterini xaric edir, qaraciyərdə mübadilə proseslərini sürətləndirir.
Limon şirəsi qaraciyərdə mürəkkəb zülalları parçalayan fermentlər yaradır. Limon qaraciyərin sanki süzgəcdən keçirdiyi qanı durulaşdırır. Qaraciyərin işində nasazlıq yarandıqda qan laxtalanır və tromblar yaranır. Mütəxəssislər limonu ət və balıq xörəklərinə ətirli ədva kimi qatmağı, limonun mətindən və şirəsindən isə bişintilər üçün içlik kimi istifadə etməyi məsləhət görürlər.
Səhərlər limonlu çay əvəzinə bir stəkan limonlu su içməyi məsləhət görürlər. Bu, bütün orqanizmi gümrahlaşdırır, piy toxumalarının parçalanması prosesini sürətləndirir.