Müasir təbabətin banisi adlandırılan məşhur loğman Əbu Əli ibn Sina 270-dən çox əsərin müəllifidir. Onun bir sıra məsləhətləri əsrlər keçəndən sonra da öz aktuallığını saxlayır.
AZƏRTAC "Fikriyat.com” saytına istinadla bu məsləhətlərdən bəzilərini təqdim edir.1.Yay vaxtı turşməzə yeməklər, məsələn, tam yetişməmiş üzüm yeyin. Nar şirəsi, tam yetişməmiş üzüm şirəsi için, hind xurması yeyin.
2.Kökəldilmiş heyvanların ətini yeməkdən çəkinin, çünki bu, öd şirəsi ifrazını artırır. Payızda qarpız və üzüm yeyin, çünki belə yeməyin heç bir ziyanı yoxdur.
3.Müalicəvi prosedurların ən xeyirlisi hamamdır. Acqarına hamamda yuyunmaq insanı zəiflədir.
4.Kükürdlü su ağrıları azaldır, sinirləri möhkəmlədir, çiban və yaraları sağaldır, dəridəki ləkələri ağardır, mədəni zəiflədir, cinsi həvəsi azaldır.
5.Təzyiqiniz yüksək olduqda balqabaq şirəsi için. Ürəyi möhkəmlətmək üçün alma yeyin. İflic vurmuş insan sidr qozası yeməlidir. Sinə nahiyənizdə ağrılar varsa, badam yeyin, üstündən bal şərbəti için.
6.Payızda duzlu və quru yeməklərdən tam imtina edin. Belə yeməklər insanlarda müxtəlif xəstəliklərə fəsad verir. Duzlu pendir, duzlu balıq, ümumiyyətlə, bütün duzlu yeməklər zərərlidir.
7.Tərkibində dəmir olan su iştahanı artırır, dalaq xəstəliklərindən əziyyət çəkənlərə yaxşı təsir göstərir, cinsi həvəsi artırır, mədədə ağırlığı aradan götürür.
8.Dadlı və isti xörəklər öd ifrazını artırır. Buna səbəb onların çox isti olmasıdır. Belə yeməklərin faydalı cəhəti isə mədə-bağırsaq traktının işini fəallaşdırmasıdır.
9.Ürəkdöyünmə zamanı keşniş toxumu yeyin. Onurğanızda ağrı hiss edəndə cücə bulyonu için.
10.Müalicəsi olmayan xəstəlik yoxdur. Yalnız iradəsiz insanlar var. Faydasız bitki yoxdur, sadəcə onun faydalı cəhətləri hələ öyrənilməyib.