Səhər yeməyi ənənəsi getdikcə sağlam çərçivədən çıxır.
Bir çox gənclər müasir dəblə ayaqlaşıb sadəcə qəhvə ilə səhəri yola verir, bəziləri yemir, bəziləri nə tapdı yeyir.Medicina.az xəbər verir ki, səhər mədə və orqanizm qidaya həssas olduğundan, mədə boş olduğundan bəzi qidalar onun selikli qişasını zədələyə, aşındıra, iltihablandıra, eləcə də mədəaltı vəz, qaraciyəri sıradan çıxarmağa doğru apara bilər.
Alimlər qeyd edir ki, səhər daha çox bu qidaları qəbul edənlərin 45 yaşdan sonra mədə, bağırsaq, qida borusu, mədəaltı vəz xərçəngi, qaraciyər xəstəliklərinə düçar olmaları qaçilmazdir.
Səhər qəbulu qadağan olan qidaların siyahısını təqdim edirik:
1.Sitrus meyvələri, banan
Səhər portağal, mandarin, kivi, limon, banan yemək sağlamlığa faydalı deyil. Xüsusən təzə sıxılmış şirə içmək yanlışdır. Bunlar son illərin dəbindən başqa bir şey deyil.
Bananda çox miqdar maqniy olduğu üçün ürək-damar sistemini səhər yükləyir, kalsium-maqniy balansını pozur
2.Çiy tərəvəzlərdən salat
Çiy tərəvəzlər turşularla zəngindir, mədənin selikli qişasını qıcıqlandırır. Ona görə səhər pomidor, xiyar bibər, kələm və s yemək olmaz. Pomidorda çox miqdar pektin olduğu üçün mədədə daşlar yaradır.
3.Yoqurt
Qəribə səslənsə də, yoqurtda olan bakteriyalar səhər tezdən bağırsağa lazım deyil. Yaxşı olar ki. yoqurt arada yeyilsin.
4. Kartof
Səhər kartoflu qida mədədə ağırlıq və köp yaradır
5.Soyuq içkilər, su
Mədəaltı vəzini məhv edir, mədənin damarlarını yığır, qan dövranını pozur, bununla da həzmi çətinləşdirir.
Səhər soyuq içkilər içən qadınların menstruasiya tsikli pozulur.
6.Şirniyyat
Boş mədəyə desert, şirniyyat, yağlı, kremli şirin qidalar yeyənin insulini artıq, mədəaltı vəz işi pozulur, diabetə yaxınlaşdırır.
7.Qəhvə
Mədə divarını aşılayır, qastrit yaradır, ödü kəskin artırır, ağrı verir.
8.Qırmızı ət, kolbasa, sosis
Orqanizmin bunları həzm etməyə səhər enerjisi olmur. Səhərlər hisə verilmiş qidalar yeyənlərdə isə xərçəng riski dəfələrlə artır. Bu məhsullarda olan kimyəvi maddələrin hücumuna mədə hazır olmur.
9.Sarımsaq
Öd kisəsi və mədənin divarını zədələyir. Qastrospazm yaradır.
10.Taxıl bitkilərinə aid qidalar
Yulaf, vələmir, buğda, qarğıdalı və s. mədə-bağırsaqda şişir, bədəndə olan suyu özünə çəkir, bununla da qəbizlik yaradır. Mədə turşuluğunu pozur, gec həzm olur, ağırlıq verir.
Bəs nə yeməli:
Səhər yalnız adi çay, şirin çay, pendir, kəsmik, çörək, lavaş, şor, yumurta, toyuq filesi, kahı, alma, bal,giləmeyvələr, süd və s qəbul edə bilərsiz. Eləcə də sıyıqlar yemək olar.