Baxmayaraq ki, qaraciyər ən möhkəm və dözümlü orqanlardan sayılır, onun xəstəliklərinə, xüsusilə də son vaxtlar, çox tez-tez rast gəlinir.
Qaraciyərin sağlamlığını qorumaq üçün bəzi adi, əlçatan və hər evdə olan məhsullar yardım edir. Bu yazıda saglamolun.az sizə 3 belə məhsulun adını açıqlayacaq.1. Çay
Bəli, adi hər gün içdiyimiz qara çay qaraciyər üçün çox faydalıdır.
Amerikanın National Institute of Diabetes & Digestive & Kidney Diseases institutunun alimləri 19 il ərzində 10 minə yaxın insanın qidalanma vərdişlərinə nəzarət etdikdən sonra aşkar ediblər ki, hər gün ən azı 2 fincan çay içən insanlarda qaraciyər xəstəliklərinə bu içkini içməyən və ya nadir hallarda içən insanlarla müqayisədə qaraciyər xəstəliklərinə 2 dəfə az rast gəlinir.
Mütəxəssislərin fikrinə görə, bunun səbəbi çayda olan kofeindir.
2. Sarıkök
Möcüzəvi xüsusiyyətlərə malik olan sarıkök qaraciyər üçün ən faydalı məhsullardan biri sayılır.
Sarıkökün müntəzəm istehlakı qaraciyərin fəaliyyətini yaxşılaşdırır, möhkəmləndirir, qaraciyərin piylənməsinin qarşısını alır.
Nəzərinizə çatdıraq ki, qaraciyərdə yığılan piy onun fəaliyyətini pozur, orqanda geriyədönməz dəyişikliklərin inkişafına səbəb olur, sirroz və xərçəngin riskini xeyli artırır.
3. Alma
Polifenollar, pektin, liflər və orqanik turşular sayəsində alma qaraciyəri əla təmizləyir, bu orqanın piylənməsinin riskini azaldır.
Qaraciyəri sağlam saxlamaq üçün mütəxəssislər hər gün 2 alma (qabıqlı) yeməyi tövsiyə edirlər.
Saglamolun.Az