Kələmdən müxtəlif salatların hazırlanmasında, müxtəlif xörəklərin bişirilməsində istifadə edilir. Bəs, onun orqanizmə hansı faydaları var?
Axşam.az xarici mediaya istinadən bu barədə məlumat verir:Kələm yarpaqlarında olan foli turşusu qan dövranını yaxşılaşdırır, maddələr mübadiləsi prosesinə kömək edir və qadınlar üçün faydalıdır.
Kələmin tərkibində olan artron turşusu xolesterin və yağ toplanmasına imkan vermir. Bu turşu isti şəraitdə dağıldığı üçün, kələmi çiy yemək məsləhət görülür.
Kələm ağrıkəsici və iltihab əleyhinə yaxşı vasitədir. Podaqradan əziyyət çəkənlərin qida rasionuna kələm əlavə edilir.
Eyni zamanda, ürək xəstəlikləri, böyrək xəsəlikləri, sidik kisəsi xəstəlikləri və qəbz vaxtı kələm məsləhət görülür.