Tərəvəz şirələri meyvə şirələrindən daha faydalı sayılır.
Nəzərə almaq lazımdır ki, şirə hazırladıqda tərəvəzin tərkibində olan lifləri də saxlamaq çox vacibdir. Bunun üçün tərəvəzi az miqdarda su əlavə etməklə blenderdən keçirmək lazımdır. Bu halda həm vitamin və minerallar, həm də qidalı liflər saxlanılır. Liflər orqanizm üçün olduqca faydalıdır. Onlar bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqların daha asan boşalmasını təmin edir, qəbizlikdən xilas edir, xolesterinin və şəkərin səviyyəsini aşağı salır.Tərəvəz şirələri arasında kök şirəsi ən faydalı olanlardan biridir.
Kök şirəsinin vitamin-mineral tərkibi çox zəngindir. Burada A, E, K, C vitaminləri, kalium, maqnezium, kalsium və s. kimi minerallar var.
Almost Each Баку Resident Is Playing This Game Right Now
Yadınızda saxlayın, güclü tərləmə - parazitlərin bədəndə ...
Prostatit bu üsuldan od kimi qorxur!
Prostat vəzinin №1 düşməni. Kişilər bunu mütləq oxumalıdı...
Saglamolun.az sizə kök şirəsinin insan sağlamlığına olan müsbət təsirini təqdim edir:
- Elmi araşdırmalar göstərib ki, kök şirəsi xərçəng əleyhinə təsirə malikdir. Antioksidant və karotinoidlərlə zəngin olan kök şirəsi yoğun bağırsaq, süd vəzi, sidik kisəsi, prostat xərçənginin riskini azaldır.
- Kök şirəsində ürək və damarlarının sağlamlığı üçün ən vacib olan 2 maddə var. Bunlar kalium və maqneziumdur. Bu səbəbdən kök şirəsi ürəyin sağlamlığını qoruyur, işemiya xəstəliyinin, insult və infarktın riskini azaldır.
- Kök şirəsi göz sağlamlığına müsbət təsir edir, qlaukoma və katarakta kimi xəstəliklərin riskini azaldır.
- Kök şirəsinin tərkibində olan A vitamini immun sistemini möhkəmləndirir, virus və soyuqdəymə xəstəliklərindən qoruyur.
- Kök şirəsi qaraciyəri təmizləyir, detoksikasiya edir, ödün ifrazını artırır, həzm proseslərini yaxşılaşdırır.
- Kök şirəsi orqanizmdən toskinləri xaric etməyə kömək edir.
- Sübut olunub ki, kök şirəsi beyinin sağlamlığına da çox müsbət təsir edir, beyində qocalma proseslərini ləngidir.
- Kök şirəsi dərinin vəziyyətinə də çox müsbət təsir edir, dərinin tonusunu artırır.