Təzyiqi normallaşdırmaq üçün qidalanmada 4 dəyişiklik

Təzyiqi normallaşdırmaq üçün qidalanmada 4 dəyişiklik backend

Yüksək arterial təzyiq bütün dünyada ən yayılmış sağlamlıq problemidir.

Statistika göstərir ki, 30-40 yaşdan sonra hər 2-ci insan yüksək təzyiqlə rastlaşır, hər 3-cü insan isə hipertoniya xəstəliyindən əziyyət çəkir.

Hipertoniya insult və infarktın əsas səbəbidir. Təzyiqi normada saxlamaq üçün hipertoniklər ömrün sonuna qədər dərmanlar qəbul etməlidir. Lakin mtəxəssislər sübut edir ki, həyat tərzində və xüsusilə qidalanmada müəyyən dəyişikliklər etməklə təzyiqi daha yaxşı tənzimləmək mümkündür.

ABŞ alimləri tərəfindən aparılmış araşdırma sübut edib ki, qidalanmada zeytun yağından istifadə təzyiqi aşağı salmağa kömək edir. Alimlər kərə, günəbaxan və qarğıdalı yağlarının əvəzinə zeytun yağını istifadə etməyi tövsiyə edir.

Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, mütəxəssislərn fikrinə görə, duzun qidalanmada azaldılması təzyqi əhəmiyyətli dərəcədə salmağa kömək edir. Duzun tərkibində olan natrium oqanizmdə mayeni saxlayır və bu da təzyiqin qalxmasına səbəb olur.

Mütəxəssislər hipertoniyadan əziyyət çəkənlərə və bu xəstəliyə meylli olan insanlara qidalanmada piylərin azalmasını tövsiyə edir. Mütəxəssislər yağlı qidaların əvəzinə daha çox təzə tərəvəz və meyvələri, göyərtiləri yeməyi tövsiyə edir.

Ən son məsləhət - kofeinlə zəngin olan içkiləri (qəhvə, çay) və spirtli içkilərin istehlakı minimuma çatdırılmalıdır. Adi çay və qəhvənin yerinə bitki çayları, itburnu və yemişan dəmləmələrinin istehlakı daha faydalı sayılır.
Diaspora