Orqanizmimiz hər zaman diqqət, qulluq tələb edir.
Bunun üçün də tək həkim müayinəsindən keçib, dərman qəbul etmək kifayyət deyil. Bəzən ev şəraitində hazırlayacağınız məlhəmlər də sizlərə kömək edə bilər.Axşam.az xarici KİV-ə istinadən lazımlı məsləhətlər təqdim edir:
Ürəyi stresdən qoru
Stres sinir sistemlərinə təsir etməklə yanaşı ürəyin fəaliyyətini də pisləşdirir. Stres zamanı ürəyi qorumaqla yanaşı onun fəaliyyətini daha da yaxşılaşdırmaq üçün aşağıdakı fitoqarışıqdan istifadə etmək məsləhətdir:
Yemişan (2 xörək qaşığı), may inciçiçəyi (2 xörək qaşığı), bataqlıq qurucası (2 xörək qaşığı), mayaotu (1 xörək qaşığı), nanə (1 xörək qaşığı) və pişikotu kökü (2 xörək qaşığı) götürüb qarışdır. Qarışıqdan 3 xörək qaşığı götürüb, 800 ml. qaynar suya töküb, 2 dəqiqə qaynatdıqdan sonra 1 saat saxla. Bu qarışıqdan gündə 4 dəfə 60 ml. qəbul et.
Diş ağrısına qarşı sarımsaq
Əgər dişlərin ağrıyırsa, onu sarımsaqla sağalda bilərsən. Bunun üçün 1 stəkan qaynar çay süzüb, içərisinə sürtgəcdən keçirilmiş 2 diş sarımsaq at. Sonra dişlərini onunla qarqara et. 10 dəqiqədən sonra dişağrısı yox olacaq.
Sistiti soğanla sağalt
Əgər sistitdən əziyyət çəkirsənsə, onda soğanı sürtgəcdən keçirib, qarnının aşağı hissələrinə düz. Yarım saat saxladıqdan sonra isti su ilə yu.
350 qram qatırquyruğu otunu bir miqdar suya töküb qaynat. Məlhəmi içərisi su ilə dolu olan vannaya töküb, 1 saat saxla. Suyun içərisində yarım saat uzanmaq sistiti sağaldacaq.
Sinir sisteminə görə vitamin
Sinir sistemi də digər orqanlar kimi qulluq və vitamin tələb edir. Sinir sisteminə lazım olan vitamin daha çox qarabaşağın tərkibində cəmlənib. Buna görə də gündə ən az 2 dəfə suda qaynadılmış qarabaşaq yemək məsləhətdir.
Limonotundan 3 çay qaşığı götürüb, 1 stəkan qaynar suya töküb, 5 dəqiqə ağzıbağlı halda saxla. Gündə 2 dəfə bu məlhəmdən içmək sinir sistemini sakitləşdirir.