“Tozlu havada maskalardan istifadə edin...” -Professor xəbərdarlıq etdi...

“Tozlu havada maskalardan istifadə edin...” -Professor xəbərdarlıq etdi... backend

Paytaxt Bakıda iki gün tozlu hava müşahidə olunacaq.

Atmosferdə müşahidə olanun toza səbəb Tükmənistandan atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır və belə şərait sabaha qədər davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti bu barədə paytaxt sakinlərinə xəbərdarlıq edib. Bəs belə havadan insanlarımız necə qorunmalıdır?

Moderator.az-ın suallarını cavablandıran Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, insanlarımız çalışmalıdır ki, tozla təmas müddətini aşağı endirsinlər:

“Tozlu havanın təbii ki, insanlara ziyanı var. Çünki toz hissəcikləri insanların nəfəs yollarına daxil olur və oranı qıcıqlandırır. Belə hallarda kütləvi informasiya vasitələrində insanlar arasında təbliğat aparılmalıdır. Belə tozlu havadan qorunmaq üçün ictimai nəqliyyatda, küçədə və digər yerlərdə maskalardan istifadə etmək lazımdır. Yaxşı olar ki, evdə olan zaman pəncərələr bağlı saxlanılsın ki, tozla təmas müddəti mümkün qədər aşağı salınsın. Həmin tozlar adətən səhra tozları olur və hər halda onların da tərkibi yoxlanılsa, yaxşı olar. Bu qısa müddət ərzində insanlarımız belə havalarda özlərini qorumalıdırlar”.
Diaspora