İnsan orqanizmində xərçəngdən müdafiə mexanizmi tapıldı - Gözlənilməz

İnsan orqanizmində xərçəngdən müdafiə mexanizmi tapıldı - Gözlənilməz backend

Yeni Cənubi Uels və Sidney Universitetlərininin mütəxəssisləri insanın DNT strukturunda orqanizimdə bədxassəli şişlərin fəaliyyətini dayandıra bilən yeni bir gen aşkar ediblər.

Moderator.az bu haqda “Daily News” nəşrinə istinadla xəbər verir. Müvafiq tədqiqatlar göstərir ki, insan orqanizmində telomerlərin(hüceyrənin bölünməsi prosesi zamanı xromosomları qoruyan hissəciklər)zədələnmədən qorunması və xərçəngin sürətlə inkişafına kömək edən genomun qeyri-sabitliyini əngəlləyən bir qoruyucu mexanizm işə düşə bilər. Tədqiqatçılar düşünürlər ki, ağır xəstəliklər üzərində tam bir zəfərin sirri məhz telomerlərin fəallığının artırılmasındadır.

Genetiklər təsbit ediblər ki, onkoloji şişlərin şiddətli formalarının inkişafına xüsusi anti-xərçəng fermentlərinə maneə törədən “TERF2” zülalı kömək edir. “TERF2” sintezinin qarşısını almaq və ya onun fəaliyyətini ciddi şəkildə yavaşlatmaq həkimlərin bədənin xərçəng də daxil olmaqla bir çox xəstəliklərdən daxili özünümüdafiə mexanizmlərini aktivləşdirməyə yaxınlaşmasına imkan verəcəkdir.
Diaspora