Qulağınız cingildəyir? - Təhlükəli SƏBƏBLƏR

Qulağınız cingildəyir? - Təhlükəli SƏBƏBLƏR backend

Qulaq cingildəyəndə "kimsə məndən danışır" deyirik.

Bəs qulaq cingildəməsi nədir və nədən qaynaqlanır?

Lent.az qulaq cingildəməsinin altında yatan təhlükələri təqdim edir.

Anevrizma

Damarlarda yaranan genişlənməylə əlaqəli olaraq biilinən anevrizma xüsusən baş beyin bölgəsindədirsə, qulaq cingiltisinə yol açır. Anevrizma çox təhlükəlidir və onun yırtılması ölümə səbəb ola bilər.

Şişlər

Eşitmə siniri qulaqdan qəbul edilən səsi beyinə ötürən sinirdir. Eşitmə sinirindən qaynaqlanan şiş əsasən təktərəfli cingiltiyə yol açır. Sürətli hal alan, keçməyən və anidən ortaya çıxmış təktərəfli cingildəmənin üstündə durmaq lazımdır. Bu, həm də eşitmə itkisi və baş gicəllənməylə bir arada yaşana bilər.

Metabolik xəstəliklər

İnsanda şəkər xəstəliyi varsa, təzyiqində ani enmə-qalxmalar görülürsə, xolesterol yüksəkliyi, zob xəstəliyi varsa, müalicə edilməli olan bu xəstəliklər qulaq cingildəməsinə yol açır.

Qulaq infeksiyası

Hər cür qulaq infeksiyası, xarici qulaq, daxili qulaq infeksiyası qulaq cingildəməsinə yol açır. Hətta adi qulaq kiri belə qulaq cingildəməsinə yol aça bilər.

Qulaq pərdəsində yırtıq

Qulaq pərdəsində infeksiya, ya da yüksək səs ucbatından yırtılma baş verə bilər. Qulaq pərdəsində yırtılma cingiltiyə yol açır.

Orta qulaqda maye toplanması

Bunlar yuxarı tənəffüs yolu infeksiyaları, təyyarə ilə səyahət, üzdükdən sonra, ya da kiçik uşaqlarda burundakı artıq ətlə bağlı səbəblərdən yarana bilər.

Orta qulaqdakı maye infeksiyaya çevrilə bilər, ya da infeksiya nəticəsində maye toplanır.

Dərmanlar səbəb ola bilər

İnsanlar bir yeri ağrıdığında tez dərmanlara əl atırlar. Ancaq bu, yanlışdır. Asprin, revmatizm dərmanları, antibiotiklər, sakitləşdirici dərmanlar, psixiatrik dərmanlar qulaq cingildəməsinə yol açır.

Allergik rinit

Burunda tıxanıqlıq, axıntı qulaqda tıxanıqlığa səbəb olur. Bu da qulaq cingildəməsinə yol açır.

Səbəbsiz cingildəmə

Səbəbsiz cingildəmə halında yüksək səsdən qorunmaq, LOR həkimi ilə məsləhətləşmək, duzu azaltmaq, siqaret, qəhvə, spirtli içkidən uzaq durmaq, gündəlik hərəkətlərlə qulağa gedən qan axınını artırmaq, dincəlmək, stressdən uzaq durmaq, çox yorulmamaq və bu cingilti səsindən narahat olmamaq lazımdır.
Diaspora