Pendir suyunun AĞLAGƏLMƏZ FAYDALARI

Pendir suyunun AĞLAGƏLMƏZ FAYDALARI backend

Çoxları südün faydalı xassələrini yüksək qiymətləndirmir və çox nahaq yerə.

Çünki onun tərkibinə insan üçün əvəzolunmaz komponentlər daxildir: Laktoza, zülallar, A, C, E, B vitaminlər qrupu, faydalı turşular, maqnezium və kalsium. Zəngin tərkibi sayəsində süd zərdabı kosmetika və sağlamlıq məqsədi ilə geniş istifadə olunur.

Publika.az xəbər verir ki, süd zərdabını (pendir suyu) ev şəraitində də hazırlamaq və onun faydalarından bəhrələnmək mümkündür.

Süd zərdabıyla təmizlənmə orqanizmdən şlaklar və elementləri çıxarmağa kömək edir. Laktoza həzmi yaxşılaşdırır, həmçinin bağırsaq mikroflorasını canlandırır. Belə təmizləmə qaz əmələ gəlməsini ləngidəcək və zərərli bakteriyaların inkişafının qarşısını alacaq.

Süd zərdabı xüsusilə artıq çəki problemindən əziyyət çəkənlər üçün faydalıdır. Bu məhsul ilk növbədə maddələr mübadiləsini gücləndirir, orqanizmi oyanmağa məcbur edir və nəticədə artıq çəkidən xilas olmağa kömək edir.

İmmun sistemini möhkəmləndirir

İmmun sistemini möhkəmləndirmək üçün rasionunuza süd zərdabı daxil edin. Pendir suyunun müntəzəm istifadəsi immuniteti və enerji balansını asanlıqla normaya salacaq. Mütəxəssislər hər gün səhər yeməyinə qədər adama bir stəkan pendir südü içməyi məsləhət görürük.

Pendir suyu bədəni sevinclə doldurur! Həqiqi mənada.

Bu möcüzəvi vasitə orqanizmdə xoşbəxtlik hormonları adlanan serotoninin ifraz olunmasına kömək edir.

Kalium haqqında xatırlayın: bu element diqqət və konsentrasiyanın cəmləşdirilməsinə, yəni zehni gücə müsbət təsir göstərir. Bonus olaraq pendir suyunda olan B vitamini emosional vəziyyətin sabitliyinə görə cavab verir. Beləliklə, pendir suyu sayəsində xroniki yorğunluq və stress ilə mübarizə aparmaq olar.

Pendir suyu kosmetik prosedurlarda da geniş tətbiq olunur. Təbii kosmetikaların tərkibinin böyük hissəsini süd zərdabı təşkil edir. Təsadüfi deyil ki, süd zərdabını istənilən dəri üçün xilaskar vasitə adlandırmaq olar. O, qırışlarla mübarizə aparır, dərinin nəm balansını bərpa edir, həmçinin dəri rəngini daha sağlam və parlaq edir.

Süd zərdabı saç üçün faydalıdır: Onların uzanmasına və bərpasına kömək edir.

Zərdabda olan antioksidantlar qocalma prosesini ləngidən ən qiymətli komponentlərdir. Odur ki, pendir suyunu rahatlıqla dəri maskasında istifadə etmək olar.

Təmizləyici vasitə

Qəhvə çöküntüsü ilə süd zərdabını qarışdırıb skrab hazırlayın. Əldə edilən skrabı masaj hərəkətləriylə üzə sürtün. Qarışığı dəridə 3 dəqiqədən çox olmayaraq saxlayın, göz ətrafına dəyməməsindən ehiyat edin. Sonda isti su ilə yuyun.

Dərini qidalandırırıq

Pendir suyu və kəsmiyi qarışdırıb üzünüzə çəkin, 20 dəqiqə saxlayın. Üzünüzü isti su ilə yuduqdan sonra nəticə dərhal hiss olunacaq.

Xırda qırışları aradan qaldıran maska

Pendir suyunu buz qəliblərinə töküb dondurun. Hər səhər makiyajdan əvvəl üzünüzü buz qəlibləriylə silin. Bu, makiyaj üçün əla hazırlıq mərhələsi olacaq.

Pendir suyunu müxtəlif kokteyllərinə əlavə etmək, giləmeyvə, qatıq və şəkər ilə qarışdırmaq da olar. Kiçik yaşlı uşaqlar üçün jele etmək olar. Zərdabı uşaq qida məhsullarına əlavə etmək məsləhət görülür, çünki o, ana südünə çox yaxındır.

Bu məhsul öz xassələrinə görə həqiqətən də nadirdir! Odur ki, qida rasionunuza və maskalara süd zərdabı daxil edin. Nəticədə yaşından asılı olmayaraq gənc və gözəl qalın.
Diaspora