Çaqa göbələyi antioksidant tərkibli zəngin bir qidadır.
Moderator.az xəbər verir ki, Qara qızıl kimi tanınan çaqa göbələyinin bir çox faydaları vardır. Ana vətəni Rusiya olan çaqa göbələyi vələs meşələrində bitir. Soyuq iqlim göbələyi olan chaqaya Sibirdə, Kanadada və Alyaskada rast gəlmək mümkündür. Çaqa göbələkləri torpaqlı, yanmış kömürə bənzər bir görünüşə sahibdir. Hətta ağacını görsəniz kömürə dönmüş bir ağac gövdəsinə baxdığınızı sanarsınız.Onu suya qatıb içmək də olur. Faydaları isə çoxdur. İlk növbədə xərçəngin qarşısını alır və müalicə edir. Xüsusilə qaraciyər xərçənginə qarşı xeyirlidir. Bundan başqa immuniteti gücləndirir və zərərli bakteriyaları, virusları bədəndən xaric edir. Onun daha bir faydasl gepatit C viruslarına qarşı təsiridir. İnsan orqanizmində yorğunluğu azaldır və fiziki məhkəmliyi təmin edir.