Bir ailədə 4 uşaq daşa dönür... -AĞLASIĞMAZ...

Bir ailədə 4 uşaq daşa dönür... -AĞLASIĞMAZ... backend

Pakistanda bir müsəlman ailəsindəki dörd uşaq nadir bir xəstəlik səbəbindən tədricən daşa çevrilir.

Moderator.az yazır ki, bu haqda “The Daily Mail” nəşri xəbər yayıb. 19 yaşlı Habibullah, 15 yaşlı Mehrinisa, 10 yaşlı Nasibullah və 6 yaşlı Xayrunisa, ehtimal ki, epidermolitik ixtiyoz xəstəliyindən əziyyət çəkirlər.

Uşaqların atası Nazirin sözlərinə görə, üç il əvvəl kiçik qızının ayaqlarında qəribə çıxıntılar yaranıb. Altı ay sonra eyni hal üç böyük uşaqda da başlanb. Halbuki, öncə uşaqlarda heç bir problem olmayıb. Zamanla uşaqların ayaqları və əlləri eybəcər bir görünüş qazanıb, indi onlar artıq çorab və ayaqqabı geyinə bilmirlər.

Həkimlər uşaqların epidermolitik ixtiyoz xəstəliyindən əziyyət çəkdiyini ehtimal ediblər. Lakin o da var ki, həmin xəstəlik genetikdir və körpə doğulandan özünü biruzə verir. Buna görə Nazir və həyat yoldaşı həkimlərin fikirlərinə inanmayaraq xəstəliyin keçici olması qorxusundan sağlam olan uşaqlarını nənələrinin yanına göndəriblər.



Yerli polis məmuru Fida Hüseyn yoxsul ailənin başına gələn bəlanı öyrənib və köməklik etməyə qərar verib. O, Karaçidə dəri xəstəlikləri üzrə ən yaxşı mütəxəssislə Nazirin uşaqlarını qəbul etməsi üçün razılaşıb. Polis bildirib ki, artıq bu ailə üçün hər şeyin yaxşılığa doğru dəyişəcəyinə ümid edir.


Diaspora