Başındakı problemə görə ayaqları tutulub. Həkimlər isə xəstəlikdən baş aça bilmir.
Hindistanda yaşayan 21 yaşlı Anşu Kumarın başındakı şiş onun həyatını alt-üst edib. Anadangəlmə başının qəribə forması ilə doğulan gənc getdikcə xəstəliyinin ağırlaşdığını deyir.Müalicə üçün baş vurduğu xəstəxanalarda həkimlər onun xəstəliyindən baş açmır. Əməliyyat olunarsa, həkimlər onun yaşayıb, yaşamadığına zəmanət vermir.