Bir çox xəstəliklərin qarşısını alır - Üzüm çəyirdəyi yağının FAYDALARI

Bir çox xəstəliklərin qarşısını alır - Üzüm çəyirdəyi yağının FAYDALARI backend

Üzüm çəyirdəyi yağının qidalılıq dəyəri çox yüksəkdir.

Medicina.az xəbər verir ki, bir çox xəstəliklərin baş verməsinin qarşısını alır. Yağın tərkibində çoxlu miqdarda makro və mikro elementlər, doymamış yağ turşuları, vitaminlər, flavonoidlər, qətran maddəsi, fitosterol, fitonsidlər, enzimlər, xorofillər var.

Həmçinin Omeqa6 yağı ilə zəngindir. Tərkibində orqanizm üçün faydalı maddələrin olmasına görə bu yağdan bir çox xəstəliklərin müalicə və profilaktikaslnda istifadə olunur. Üzüm çəyirdəyi yağı ürək-damar xəstəlikləri üçün faydalı sayılır. İstifadə damar divarlarının möhkəmlənməsinə və elastikləşməsinə səbəb olur. Bu yağ qanda pis xolesterinin miqdarını azaldır və damarlarda toplanan piy cisimciklərini əridir. Üzüm çəyirdəyi yağı vena və arteriyalarda olan iltihabi xəstəliklərin sağalmasına kömək edir.

Üzüm çəyirdəyi yağından aşağıdakı məqsədlərlə də istifadə edilir:

massaj üçün yağlar

dodaq balzamları

günəş yanıqlarına qarşı kremlər

kişilər üçün üz losyonları

aromaterapiya yağları

saçlar üçün maskalar

ev sabunları
Diaspora