Reyhandan qida sənayesində geniş istifadə edilir.
Reyhan - dodaqçiçəklilər fəsiləsindən bir illik bitki cinsidir.Vətəni Hindistan və İrandır. Cənubi Avropanın bütün ölkələrində becərilir. Hündürlüyü 20-60 sm arasında dəyişir.
Yarpaqları yaşıl və çəhrayı , çiçəkləri ağ və çəhrayı rəngdədir.Yarpaqlarının eni 1-3 sm , uzunluğu 1-5 sm-dir.
Soyuğa qarşı həssasdır. 150 –dək növü məlumdur.
Xoş dadlı və ətirli olduğu üçün əsasən ədviyyat kimi işlədilir.Reyhandan əsasən souslara , salatlara və yeməklərə dad və ətir vermək üçün istifadə edilir.Reyhan pomidor və xiyardan hazırlanmış salat üçün də əsas ətir və dad mənbəyidir.
Reyhanın yarpaqlarında efir yağı , azotlu maddə , yağ , sellüloza , vitaminlər ,boya maddələri və s. var.Yarpaqlarında olan boya maddələri (məsələn , xlorofil , flavon , karotin kimi) tibbi cəhətdən çox faydalıdır. Qida ilə qəbul olunmuş reyhan maddələr mübadiləsini yaxşılaşdırır , həzmi asanlaşdırır və mədə-bağırsaq sistemini nizamlayır.Reyhanın digər faydaları isə aşağıdakılardır:
Faydaları:
Enerji verir.
İştahaaçıcıdır.
Sakitləşdirici təsirə malikdir.
Depressiyaya qarşı faydalıdır.
Ağız yaralarına qarşı faydalıdır.
Öskürəyin qarşısını alır.
Baş gicəllənməsinini aradan qaldırır.
Dəri xəstəliklərinə qarşı faydalıdır.
Saç köklərini gücləndirir.
Arı zəhərinin təsirini azaldır.
Revmatizma xəstəliyinin mualicəsinə kömək edir.
Oynaq ağrılarını aradan qaldırır.
Bronxit və astma xəstəliklərinə qarşı qoruyur.
Avitaminoza qarşı faydalıdır.
Yuxusuzluğu aradan qaldırır.
Sidikqovucu və qazqovucudur.
Başağrısını aradan qaldırır.
Spazmalara qarşı təsirlidir.
Böyrək xəstəliklərinin profilaktikasında tətbiq edilir
Reyhan çayı
Bundan başqa həmçinin müxtəlif içkilərin və sousların hazırlanmasında, sabun və şampunların düzəldilməsində də istifadə edilir.
Reyhan çayı aşağıdakı xüsusiyyətlərə malikdir:
* antioksidantdır
* mədə ağrısını sakitləşdirir
* həzm sistemini normallaşdırır
* ağız yaraları zamanı istifadə edilir
Reyhan çayı necə dəmlənir?
Reyhan çayı dəmləmək üçün reyhanın həm qurusundan, həm də təzə reyhanın yarpaqlarından istifadə edilir.
Təzə reyhandan çay dəmlənən zaman 250 ml qynar suya 2 xörək qaşığı xırda doğranmış reyhan əlavə edilib, 4-5 dəqiqə sonra süzülüb içilir.
Qurudulmuş reyhanı dəmləyən zaman isə 4 çay qaşığı quru reyhan 250 ml qaynar suya əlavə edilib 10 dəqiqə dəmlənməlidir.
Reyhan çayı K və A vitaminləri ilə zəngindir. 2 xorək qaşığı reyhanla dəmlənmiş çay orqanizmin A vitamininə olan ehtiyacının 6%-ini, K vitamininə olan ehtiyacının 27%-ini, kalsium ehtiyacının 1%-nı, dəmirə olan ehtiyacın 1%-ini ödəyir. Bundan əlavə mədədə olan narahatçılıq hissini aradan qaldırır, dəri xəstəliklərinin müalicəsində faydası böyükdür. Hindistanda fitoterapiya sənayesində astma və diabet xəstəliklərinin müalicəsi üçün tədarük edilir.
Qaziler.az