200 kilo arıqlayan qadının son görüntüsü hər kəsi təəccübləndirib.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-da yaşayan Amber Raçdi adlı 24 yaşlı qadın piylənmədən əziyyət çəkib. Nəticədə onun çəkisi 292 kiloya çatıb.Qadın çəkisinin yaratdığı problemə görə universitetdən və işdən ayrılıb.
Həkimlər onun bu çəki ilə 30 yaşa çatmayacağını bildirdikdə Raçdi əməliyyat olunmaq qərarına gəlib. Amma əməliyyat üçün də müəyyən çəki vermək lazım gəlib.
Amber Raçdinin instaqram hesabında paylaşılan son şəkillər izləyiciləri heyrətə salıb.