1-ci qan qrupuna sahib insanların ağır xəsarət alan zaman ölüm riski başqa qan qrupları ilə müqayisədə təxminən üç dəfə çoxdur.
Teleqraf.com xəbər verir ki, müvafiq araşdırma aparan yapon alimləri bu qənaətə gəliblər.“Critical Care” nəşrinin məlumatına əsasən, laxtalanmanın digər qruplarla müqayisədə zəif olması nəticəsində 1-ci qan qrupuna məxsus insanlar daha çox qan itirirlər.
Bu, 1-ci qan qrupunda villebranda faktorunun (qlikprotein qan plazması) az olması ilə əlaqədardır.