Saxta dərmanlar illərdir ölkəyə necə gətirilir? - RƏSMİ AÇIQLAMA

Saxta dərmanlar illərdir ölkəyə necə gətirilir? - RƏSMİ AÇIQLAMA backend

Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi gündəmi dəyişən hadisə ilə bağlı açıqlamalar verdi

Baş prokurorluğun əməkdaşları dərman mafiyası quran iki şirkəti ifşa edib. Məlum olub ki. Sanimed və Epidbiomed MMC uzun müddət ərzində mənşəyi məlum olmayan və dövlət qeydiyyatından keçirilməyən dərman preparatlarını ölkəyə gətirərək satışını təşkil ediblər.

Bundan başqa dövlət və özəl müəssisələrdə çalışan 100-ə yaxın həkimlə razılaşaraq müalicə üçün müraciət etmiş çoxsaylı xəstələrə yalnız həmin dərmanların və zərurət olduğundan daha çox həcmdə təyin olunması üçün onlara mütəmadi olaraq müxtəlif məbləğlərdə pullar veriblər.

Həmçinin idxal etdiyi dərmanların bu cür qanunsuz yolla külli miqdarda satılmasına nail olublar. Hətta adı çəkilən şirkət rəhbərləri həkimləri şirnikləndirmək üçün hənd də axtarıb tapıblar.

Bəs, bu qədər saxta dərman heç kimin xəbəri olmadan illərdir ölkəyə necə gətirilir?

Reportaja daha ətraflı videomaterialda baxa bilərsiniz.

Diaspora