Bioloqlar beyini 36 saat bədəndən ayrı yaşada bildilər - ELMDƏ İNQİLAB...

Bioloqlar beyini 36 saat bədəndən ayrı yaşada bildilər - ELMDƏ İNQİLAB... backend

Moderator.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Yel universitetinin alimləri apardıqları eksperment zamanı donuzun beyninin 36 saat bədəndən kənarda mövcud olmasına nail olublar.

Bu barədə bioloqlara BrainEx adlı sistem yardımçı olub.

Onun fəaliyyəti sayəsində beyin trankvilizator və iltihaba qarşı maddələrin əlavə olduğu süni qanla təchiz olunur, bu da ona huşsuz vəziyyətdə olmaq imkanı verir və sensor məhrumiyyətdən onu qoruyur. Lakin o, bu vəziyyətdə uzun müddət qala bilməz, hələlik maksimum müddət 36 saat təşkil edir. Alimlər bu suala hələlik cavab verə bilmirlər ki, niyə beyin iki gündən sonra ölür.

Mütəxəssislərin özləri deyirlər ki, bu tədqiqat insanı ölümdən xilas edəcək, bununla əlaqədar eksperimentlərin növbəti mərhələsi insan beynində ola bilər, amma bu tezliklə olmayacaq, çünki belə araşdırmalar aparmağa qanun imkan vermir, həm də cəmiyyət hələ buna hazır deyil.
Diaspora