Fevralın 12-dən ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi prosesi davam edir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2 ay ərzində 1 912 405 nəfər tibbi müayinələrdən yararlanıb. Onlardan 919 075 nəfər kişi, 993 330 nəfəri isə qadındır.Əhalinin sağlamlaşdırılması və profilaktikası məqsədi ilə həyata keçirilən müayinələr zamanı infeksion, qan və qanyaradıcı xəstəliklər, endokrin, psixi və davranış pozuntuları, əsəb xəstəlikləri, göz xəstəlikləri, eşitmə pozğunluqları, qan dövranı xəstəlikləri və tənəffüs xəstəlikləri kimi müxtəlif xəstəliklər aşkarlanaraq müalicələrə cəlb edilib.
Eyni zamanda 13 298 nəfərdə həzm sistemi xəstəlikləri, 3615 nəfərdə dəri, 4396 nəfərdə sümük-əzələ və s. xəstəlikləri qeydə alınıb.
Müayinələr nəticəsində 2830 nəfər hospitalizasiya olunub, 66 851 nəfər sağlamlaşdırılıb. 604 479 nəfər əlavə müayinələrə cəlb olunub.
Müayinələr may ayının 12-dək davam edəcək.
Muxalifet.az