Barmaq və ovuc içinə doğru nöqtələrə ediləcək masajlarla ağrılardan xilas ola bilər və özünüzü həm fiziki, həm də ruhən yaxşılaşdıra bilərsiniz.
Başınız ağrıyır, yorğun və stresdəsinizsə və ya yuxusuzluqla mübarizə aparırsınızsa...Bütün bu suallar və daha artıq problemlərdən qurtuluş əslində əllərinizin içindədir. Barmaq və ovuc içərisinə doğru nöqtələrə edilən masajlarla ağrılardan xilas ola bilərsiniz. Bununçün bilməniz gərəkən şey hansı problem üçün hansı nöqtəyə masaj etməkdir.Baş ağrısı
Baş ağrısını azaltmaq üçün hər hansı tədbir görməmişdən qabaq barmaq uclarınıza və ya baş barmağınız ilə işarə barmağınız arasındakı hissəyə masay etməyi sınayın. Başınız əslində baş barmağınızın ucunda. Bir neçə dəqiqə yüngülcə masaj etsəniz ağrının azaldığını görərsiniz.
Boyun və kürəkdə ağrı
Əgər boynunuzda və kürəyinizdə ağrı hiss edirsinizsə baş barmağınızın ucunu masaj etməyə başlayın və biləyinizə doğru davam edin. Bu nahiyələr sırayla onurğaya "cavabdeh" nöqtələrdir. Ağrı qurtarana qədər masaj edin. Hər iki ələ masaj etmək lazımdır.
Soyuqdəymə və qrip
Soyuqdəymənin ilk əlamətlərini hiss etdiyiniz zaman hər iki əlin baş barmaqları xaric bütün barmaqlarınızın "yastıqlar"ına masaj edin. Frontal boşluqlara "cavabdeh" nöqtələr də bu nahiyələrdədir.
Yuxusuzluq
Yuxu problemi yaşayırsınızsa baş barmağın ortasına basmalısınız. Hər iki əl üçün 30 saniyə - 1 dəqiqə masaj edin. Yatmazdan əvvəl hər gün bu masajı etsəniz vücud öz ritmini tapacaq və yuxu keyfiyyəti artacaqdır.
Həzm problemləri
Mədənin və bağırsaqların nöqtələri baş barmaqların ovucdan başlanan hissəsindədir. Bu nöqtələri masaj etməklə yüksək turşuluq, abdominal şişlik və həzm problemlərini həll edə bilərsiniz.
Öskürək
Əllərinizdəki tənəffüs sisteminə cavabdeh nahiyəni tapmaq, nəfəs darlığı və öskürək kimi problemlərin çözülməsinı yardımçı olacaqdır. Bu, barmaqlarınızın altındakı ovuc içi nöqtəyə uyğun gəlir.
Ümumi ruh halının yaxşılaşdırılması
Yorğunsunuzsa, ovcunuzun içindəki nöqtəni masaj etməlisiniz. Bu nöqtəni masaj etmək ümumi ruh halınızı yaxşılaşdıracaq, sizi stress və qayğılardan uzaqlaşdıracaq.
Haşiyə: Masaj ovuc içində və əllərdə yüngül sürtünmə ilə başlamalıdır. Sürüşkənliyi artırmaq üçün krem və ya yağdan istifadə edə bilərsiniz. Hər barmağınıza ayrı-ayrı masaj edin. Bir yerdə ağrı hiss etsəniz masajı bir qədər uzun müddətə davam etdirin. Bədən üzvlərimizdə, xüsusilə əllərdə bir çox sinir ucu var. Onları tərpətməklə əhvalınızı yaxşılaşdıra bilər və enerji itkisini geri qaytara bilərsiniz.
Arzu Səlim