Pərpətöyünün bilmədiyimiz 10 FAYDASI

Pərpətöyünün bilmədiyimiz 10 FAYDASI backend

Pərpətöyünün tarixi 4000 il bundan əvvələ gedib çıxır.

Avropaya XIX əsrdə gətirilən pərpətöyünün vətəni Hindistan, Argentina və Braziliya hesab edilir. Yabanı pərpətöyün Azərbaycanın ən çox Samur-Dəvəçi ovalıqlarında, Naxçıvanın düzən və orta dağlıq sahələri rayonlarında, Lənkəran düzənliyində, bağ və bağçalarda alaq bitkisi kimi yayılıb. Respublikamızın bir çox bölgələrində ona pərpərəng də deyilir. Qida dəyəri yüksək olan pərpətöyünün bir çox xəstəliyə qarşı qoruyucu təsiri var.

C və A vitamini, omega-3 ilə zəngin olan bu şəfalı bitkinin xəstəliklərdən qoruma xüsusiyyətlərini diqqətinizə çatdırırıq.

Ürəyi qoruyur


Doymamış yağ turşularından, xüsusilə Omega-3 yağ turşuları və digər turşularla zəngin olan pərpətöyün ürək damar sağlamlığını qoruyur.

Xolesterolu aşağı salır


Tərkibindəki zəngin komponentlər sayəsində həm xolesterolu düşürür, həm də qan təzyiqinin normallaşmasında əhəmiyyətli rol oynayır

Xəstəliklərdən qoruyur

Bakteriya və göbələk yaranmasına qarşı qoruyucu təsirə malik olduğundan bədəni xəstəlik yaradan mikroorqanizmlərdən qoruyur

Xərçəng xəstələrinə tövsiyə olunur


Antioksidant təsiri ilə həzm sistemini gücləndirir və xərçəng kimi müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur.

Böyrəklərdəki qum və daşı tökür


Sidikqovucu və toksin təmizləyici xüsusiyyəti olan pərpətöyünün böyrəkdəki qum və daşı tökdüyü məlumdur.

Qəbizliyi aradan qaldırır

Tərkibindəki yüksək miqdarda liflər qəbizliyin qarşısını alır.

Yorğunluq, halsızlıq və depressiyaya kömək edir

Tərkibindəki vitamin və minerallar sayəsində yorğunluq, halsızlıq və depressiyaya qarşı əhəmiyyətli rol oynayır

Formada qalmağa zəmin yaradır

Aşağı kalori və qlisemik indeksi ilə qan şəkərinin tarazlığını qoruyan pərpətöyün həmişə formada olmağa da kömək edir.

Gözü və dərini qoruyur

Dəridə quruluq kimi problemlərə faydalıdır. Tərkibindəki A vitamini sayəsində göz problemlərinə qarşı da qoruyucu təsirə malikdir.

Həzm sistemini gücləndirir

Pərpətöyün A, B1, B2, B6, C, E, beta karoten, riboflaven kimi vitaminlərlə və minerallarla zəngin olması səbəbi ilə həzm sistemini gücləndirir.

Bizim Yol
Diaspora