Qadın qəlbinin daha həssas olduğu elmi cəhətdən təsdiqləndi.
Qadınlar və kişilər arasında müqayisələrə daha biri də əlavə olunub. Qadın qəlbinin daha həssas olduğu həmişə deyilir. Bu gəlişi gözəl bir ritorika deyil, elmi olaraq da təsdiqlənmiş bir gerçəkdir.Qadın və kişi qəlbi arasında əsas fərq bunlardır:
1. Qadınların qəlbi kişilərə nisbətdə daha kiçikdir. Orta hesabla qadın qəlbi 118 qram olduğu halda, bu çəki kişilərdə bu ağırlıq 60 qram daha artıqdır.
2. Qadın qəlbinin damarları kişilərə nisbətdə 1 mm daha incədir. Bu durum damarlara müdaxilələri daha çətinləşdirir.
3. Qadınlarda qəlbin klapan quruluşu daha bürüşükdür. Bu görə çarpıntı şikayəti və klapan xəstəliyi qadınlarda daha çox olur.
4. Qadınlarda qəlbin damarları daha həssas və büzüşməyə daha meyillidir. İncə damarlarda yaranan keçici büzüşmələr isə diaqnozu çətinliklə qoyulan qəlb qaynaqlı köks ağrılarına səbəb olur.
5. İnfarkt sonrası qadınların qəlbi kişilərlə müqayisədə daha az dayanır. Bu səbəbdən ürək tutmasından qaynaqlanan ölüm halları da kişilərə nisbətdə daha yüksəkdir.
6. Qadınların qəlbi daha çox atır. Məsələn, gündəlik orta qəlb atışı kişilərdə 70-72 ikən, qadınlarda 78-82 arasında vurur. Bu da çırpıntı və nəfəs darlığı şikayətlərinin qadınlarda daha çox müşahidə olunmasına gətirib çıxarır.
7. Qadın qəlbi kənar təsirlərə daha həssasdır. Ürəkdə ritm pozğunluğunun yaranma riski kişilərə nisbətdə daha çoxdur.
8. Qadın qəlbi laxta qan yaratmağa kişilərlə müqayisədə daha meyillidir. Doğuma nəzarət üçün qəbul edilən həblər və siqaret çəkən qadınlarda bu risk daha çox rast gəlinir.
9.Qadın qəlbinin damarları xəstəliyə qarşı daha müqavimətlidir.
10. Qadın qəlbini tutan damar xəstəliyi bir damara daha çox təsir göstərir. Bu da rahatsızlığın testlərlə müəyyənləşdirilməsini çətinləşdirir.
Qaziler.az