Beynəlxalq elmi araşdırma qrupunun yeni araşdırmasının nəticəsi elmi dərgidə çap olunub.
Tezliklə qida sektoruna yeni superfood daxil olacaq. Söhbət Asiyada yaşayan Diploptera adlı iri tarakanın südündən gedir. Diploptera yeganə tarakan növüdür ki, canlı doğuşla bala dünyaya gətirir. Embrion dişi tarakanın bədənində yaranır. Və bu tarakanın bağırsağında südün analoqu olan maddə olur. Bu südlə böyüyən embrion qidalanır. Bu süd zülalı unikal kristal quruluşa malikdir. Tək bircə dənə belə kristal inək südündən 3 dəfə artıq enerji verə bilir.Kristalın qeyri-adi quruluşu imlan verir ki, özündə balanslaşdırılmış zülal, karbohidrat, yağ, amin turşularını saxlasın. Alimlər tarakan südünü yaradan geni tapmağa müvəffəq olublar, indi bu südün laboratoriyada daha çox miqdarda istehsalını hazırlayırlar.
Alimlər hesab edir ki, yeni tarakan südü yer üzündə aclıq çəkən yüz minlərlə insanın xilas qidası olacaq. (medicina.az)