Xalq təbabəti: Gicirtkən çayının faydaları

Xalq təbabəti: Gicirtkən çayının faydaları backend

Gicirtkəninin yarpaqlarında xırda tükcüklərin olması hamını ondan uzaqlaşdırır. Yarpaqlarının toxunduğu yerdə dərinin qıcıqlanması, qızarıb-qaşınması onun tərkibində olan kimyəvi maddələrin diqqətlə öyrənilməsini tələb edir.

Avropada gicirtkəndən fitoterapiya sahəsində geniş istifadə edilir. Onun sidikqovucu və orqanizimi şlaklardan təmizləyici xüsusiyyəti böyrək xəstəliklərini müalicəsində faydalı təsirə malikdir.

Qaziler.az immunitet.az-a istinadən bildirir ki, elmi adı Urtica dioica olan bu bitkinin bir çox ölkələrdə fitoterpiya məqsədilə ticarətilə məşğul olan dərman firmaları vardır. Gicirtkən çayı aşağıdakı təsirlərə malikdir:

* sidikqovucu təsirə malikdir
* tərkibində çoxlu dəmir var
* anemiyaların müalicəsində istifadə edilir
* mədə-bağırsaq xəstəliklərini müalicə edir
* artrit əlamətlərini azaldır
* sidik yolları infeksiyalarına qarşı təsir göstərir
* qaraciyəri təmizləyir
* böyrəkləri təmizləyir
* öskürəyi kəsir
* soyuqlama əlamətlərini aradan qaldırır.

Gicirtkən çayı necə dəmlənir?



1 çay qaşığı quru gicirtkən 1 stəkan qaynar suya salınıb 10 dəqiqə dəmlənir. Çayın dəmlənmə vaxtı dəqiq olmalıdır, yoxsa boğazı qıcıqlandırar və mədədə narahatlıq hissi yarada bilər.

Mütəxəssislər təzə gicirtkən bitkisindən dəmlənən çayın təzyiqin aşağı düşməsində, eritrositlərin artmasında faydası olduğunu sübut etmişlər.
Gicirtkən yarpağının qurusu, ondan hazırlanan kapsul və həblər, yağlar ekzema və haymoritin müalicəsində istifadə edilir.

Diaspora