Xalq təbabətində möcüzəvi İtburnu bitkisi: min bir dərdin dərmanı-FOTOLAR

Xalq təbabətində möcüzəvi İtburnu bitkisi: min bir dərdin dərmanı-FOTOLAR backend

İtburnu ən zəngin C vitamini qaynaqlarından biri hesab edilir.

Qaziler.az saytının Saqlamheyat-a istinadən məlumatına görə İtburnu dəri xəstəliklərindən xərçəngə, ürək xəstəliklərindən revmatizmaya qədər bir çox problemin çarəsidir.

C vitamini anbarı

Yuxarıda da qeyd etdiyimiz kimi, itburnu külli miqdarda C vitamini ehtiva edir. C vitamini immunitet sistemini gücləndirir, infeksiyalara qarşı qalxan rolunu oynayır. C vitamini güclü antioksidantdır. Orqanizm üçün zərərli hüceyrələrin çoxalmasını önləyir. Orqanizmin daha çox kollagen istehsal etməsinə kömək edir.

İtburnu yaraları sağaldır

Bədənin harasında olmasından asılı olmayaraq, yaraların tez sağalmasını təmin edir. Bunun üçün 4 xörək qaşığı itburnunu sıxıb şirəsini çıxarın və ya 1 stəkan suda bişirin. Yumşalmış itburnunu əzib yaranın üzərinə yaxın.

Xərçəngə qarşı



Son illər xərçəngə qarşı mübarizədə ən çox istifadə edilən vasitəlrədən biri də itburnudur. Buna səbəb itburnunun ehtiva etdiyi güclü antioksidantlardır.

Böyrəklər



İtburnu çayının tərkibindəki meyvə turşuları sidikqovucudur və həmin xüsusiyyəti ilə böyrəklərin vəziyyətini yaxşılaşdırır.

Qəbizlik


İtburnu həm də qəbizliyə qarşı güclü vasitədir. Bunun üçün 1 xörək qaşığı əzilmiş itburnunun üzərinə bir stəkan qaynar su tökün. Bir neçə dəqiqə gözlədikdən sonra həmin çayı için. İstəsəniz, çaya bal da əlavə edə bilərsiniz.

İtburnunun əks təsirləri

İtburnudan həddən artıq istifadə etdikdə ürəkbulanma, qusma və ishal müşahidə edilə bilər. Şəkər xəstələrinin, böyrəklərində daş olanların itburnundan istifadə etmələri məsləhət deyil.



Diaspora