Xərçəngi iki günə sağaldan bitki: ÇAŞIRIN FAYDALARI-FOTO

Xərçəngi iki günə sağaldan bitki: ÇAŞIRIN FAYDALARI-FOTO backend

ABŞ-ın Atlanta Universitetində siçanlar üzərində iki mərhələdə təcrübə aparılıb.

Çaşır otunda tapılan parietin adlı qırmızı piqmentlər xərçəng hüceyrələrinə yeridilib. İki gündə xərçəng hüceyrələrinin yarısının öldüyü müşahidə edilib.

A24.Az xəbər verir ki, çaşırın, işqın otunun latınca adı Rheum ribesdir. Çaşır Türkiyədə, Cənub-qərbi Asiyanın mülayim və subtropik rayonlarında, o cümlədən Azərbaycanda bitir. Küləklə tozlandırılır. Çiy yeyilir, zeytun yağı, yumurta ilə bişirilir. Çaşırın mürəbbəsini də hazırlayırlar.

Faydaları

Həzmi asanlaşdırır, tərkibində olan C vitamini ilə vücudu gücləndirir, mədəni rahatladır.

Çaşır ürəkbulanmanı aradan qaldırır.

Naxçıvanda və Azərbaycanın bəzi rayonlarında yay aylarının əvəzolunmaz olan çaşır bitkisi iştahaçıcıdır və şəkər xəstələri üçün suyu, kökü və gövdəsi çox faydalıdır.
Çaşır şəkər metabolizmində mühüm rol oynayır. Şəkər səviyyəsinin tarazlığını qoruyur. Kökün kimyəvi quruluşunda olan gummi-resinanın bağırsaqlardakı qurd əleyhinə təsiri aşkar edilib.
Ürək əzələlərini möhkəmləndirir və ürək ətrafı damarlarda daralmanın qarşısını aldığı müəyyən olunub. Həmçinin xərçəng və şişlər əleyhinə, antibakterial təsiri var.

Afrodizyak təsiri yaradır

Daşıdığı polifenol maddəsi sayəsində xərçəng hüceyrələrinin inkişafını əngəlləyir. Afrodizyak təsiri də var.

Azərbaycanın rayonlarında yazda bitkinin 10-20 santimlik təzə zoğlarını istifadə edirlər, əsasən suda pörtüb duzlanıb yeyilir, ya da şoraba düzəldilib qış mövsümündə istifadə edilir. Həmçinin pörtlədilib, soğanla qovrulub yumurta vurularaq yeyilir.

Diqqətli olun! Zəhərlənə bilərsiz

Bu detala diqqət edək: Hamilə və süd verən qadınlar çaşırdan istifadə etməməlidir. Bundan başqa, oksalik turşusu olduğu üçün yarpaqları istehlak edilməməlidir, çünki zəhərləyə bilər.

Çaşırın gövdə və kök hissəsi yeyilir.



Diaspora