Bu yabanı bitki geniş müalicəvi xüsusiyyətlərə malikdir. Onun müxtəlif adları var - "ayı soğanı", "ayı sarımsağı", "çöl sarımsağı".
Qaziler.az saytı saglamolun.az-a istinadən bildirir ki, ayı sarımsağı karotin, C vitamini, fol turşusu, fitonsidlər, əfir yağları ilə zəngindir.Ayı sarımsağının bu kimi faydalı xüsusiyyətləri var:
- qanın tərkibini yaxşılaşdırır
- bağırsaqlara antiseptik təsir edir - burada yaşayan ziyanlı mikroorqanizmləri öldürür
- həzm proseslərini və iştahanı yaxşılaşdırır
- damarlarda xolesterolun yığılmasının qarşısını alır
- ağız mikroflorasını yaxşılaşdırır
- ürəyin fəaliyyətini yaxşılaşdırır, təzyiqi normallaşdırır
- sinir sistemini möhkəmləndirir
- cinsi gücü artırır
- orqanizmdə iltihabı azaldır, revmatizm zamanı faydalıdır
- qurdları öldürür
- avitaminozun qarşısını alır, immuniteti möhkəmləndirir.
Qaziler.az