Zibil deyib atdığınız qabıqların faydaları

Zibil deyib atdığınız qabıqların faydaları backend

Zibil deyib atdığınız bəzi məhsulların əslində faydalı tərəfləri olduğunu bilirdiniz?

Axşam.az xarici mediaya istinadən onlardan bəzilərini təqdim edir:

İstifadə olunmuş qəhvə: Qəhvə bişirdikdən sonra onun qalıqlarını saxlayıb həftədə bir dəfə saçlarınıza sürtsəniz, parlaqlıq artar. Bir kasa soyuducuya qoyduqda isə pis qoxuları aradan götürər. Hindistan qozunun yağı ilə qarışdırdıqda isə pilinq vasitəsi kimi istifadə edə bilərsiniz. Cücərmiş kartof: cücərtiləri torpağa əksəniz, yenidən kartof yetişdirə bilərsiniz.

Ananas saplağı: saplağı saxsı qablarda əksəniz, bir neçə il səbr etdikdən sonra yeni ananasların yetişdiyini görəcəksiniz.

Kökün kəsdiyiniz hissələrini suda gözlətsəniz, bir neçə dəqiqədən sonra böyüdüyünü görəcəksiniz.

Soğan və sarımsaq qabıqları: Bu qabıqlarda xeyli sayda vitamin toplandığından şorba bişirərkən içinə atsanız, tamamilə fərqli dad yarandığının şahidi olacaqsınız.

Alma qabığı: Qurumuş alma qabığından dadlı çay hazırlaya bilərsiniz. Bundan başqa, bu qabıqları 5-10 dəqiqə üzünüzdə saxlasanız üz yorğunluğunuz aradan qalxar və dəriniz təravətlənər.

Banan qabığı: onları hissə-hissə bağçaya səpsəniz, həşəratları qovar. Üzünüzə sürtsəniz, qaşıntını aradan qaldırar. Ayaqqabılara isə inanılmaz parlaqlıq gətirir.

Yumurta qabığı: əzərək bitkilərin torpağına qatdıqda kalsium təminatını yaxşılaşdırar.

Portağal qabığı: bundan da böcəkləri evdən uzaqlaşdırmaq üçün istifadə edə bilərsiniz. Bundan başqa, qabıqları zibil qabında saxlasanız, pis qoxunu aradan qaldırar.

Qarpız qabığı: üzünüzə sürtsəniz, qara ləkələrin və çillərin çarəsi olduğunu görəcəksiniz.
Diaspora