Gündə bir kasa qatıq yesəniz... - İNANILMAZ FAYDALARI ...

Gündə bir kasa qatıq yesəniz... - İNANILMAZ FAYDALARI ... backend

Qatığın tam bir vitamin və mineral anbarı olması hər kəsə məlumdur.

Bu ağartı məhsulu sümük və əzələ sağlamlığı üçün vacib qidadır. Qaziler.az lent.az-a istinadən qatığın bir neçə xeyirli xüsusiyyəti ilə sizi tanış edir.

Həzmə kömək edir

Qatığın ən vacib xüsusiyyəti həzmə kömək olmasıdır. Qatığın tərkibindəki probiotiklər sağlamlıq üçün çox əhəmiyyətlidir və təbii formada qatığın içərisində olur. Ona görə də əgər bağırsaq problemləriniz varsa, qatığı gündəlik qidalanma proqramınıza əlavə edin ki, həzm sisteminizin işini daha yaxşı təmin edəsiniz.

İmmuniteti gücləndirir

Bədənə bilərəkdən bakteriya daxil olmasını təmin etmək qəribə görünə bilər. Amma yaxşı və pis bakteriya arasında bir fərq var və qatıq faydalı bakteriyalarla zəngindir. Bu səbəbdən də qatıq yalnız həzm sisteminə kömək olmur, eyni zamanda bütün immuniteti gücləndirir. Çünki qatıqda olan bakteriyalar bədəni xəstəliklərə qarşı gücləndirir. Başqa sözlə desək, qatıq sizi soyuqdəymə və mədə virusundan qorumağa kömək olar.

Maya göbələklərinin səbəb olduğu infeksiyadan qoruyur

Qatıqda maya göbələyi olmadığı üçün bu fakt sizə məntiqsiz görünə bilər. Lakin qatığı gündəlik yemək bədənin intim yerlərində meydana gələ biləcək infeksiyaların qarşısını almağa kömək edir. Vaginada olan candida bakteriyası bir çox qadında yarana bilən problemdir. Ümumiyyətlə, vagina kifayət qədər turş olmadığı üçün bu problem meydana gəlir. Qatıqdakı maya bakteriyası vaginadakı PH səviyyəsini aşağı salır.

Təzyiqi aşağı salır

Hamımızın bildiyi kimi, kalorisi və yağı bol olan, qeyri-sağlam yeməklər təzyiqi qaldırır. Gündə 2-3 boşqab az yağlı qatıq və ya ümumi olaraq süd məhsullarından hər hansı birini yemək yüksək təzyiqi aşağı salmağa kömək edir.

Osteoparoza tutulma riskini azaldır

Xüsusilə menopauza keçirən qadınlarda osteoparoz daha çox müşahidə edilir. Bu səbəbdən də menopauza olan qadınların bədənindəki estrogen çatışmazlığının qarşısını almaq üçün çox miqdarda kalsium qəbul etmək lazımdır. Kalsium qatıqda bol miqdardadır və sümüklərin güclənməsini, inkişafını təmin edir.

Tox tutur

Aclıq hiss etdikdə bir kasa qatıq yeyə bilərsiniz. Ümumiyyətlə, insanların yemək yedikdən sonra hələ də özlərini ac hiss etmələrinin səbəbi karbohidrat və şəkər baxımından zəngin, lakin kifayət qədər zülal və lif ehtiva etməyən qeyri-sağlam yeməklər yemələridir. Qatığın tərkibində zülal zəngin olduğu və bədənin bu zülalı həzm etməsi vaxt aparacağı üçün qatıq sizi tox saxlayacaq.

Qidalanma nizamı; qatıq, yağsız ət və yaşıl yarpaqlı tərəvəzləri bir-birinə qatmaq sizi daha yaxşı və tox hiss etdirəcək.

Diaspora