Tez-tez xəstələnənlərin nəzərinə:İspanaq...

Tez-tez xəstələnənlərin nəzərinə:İspanaq... backend

İspanaq bitkisi həm faydalı, həmdə bizdə boldur.

Qaziler.az saytı türkacarələr üzrə mütəxəssis, loğman Fizuli Hüseynovun ispanaq bitkisi haqqında
Hər bir insanın sağlamlığı, birinci növbədə qəbul edilən qidalardan çox asılıdır. Bəlkədə hər gün ispanağı göyərti satılan piştaxtada görsəkdə o qədər əhəmiyyət vermirik və birdə onuda nəzərinizə çatdırım ki, bizdə hamı ispanağı yumurta ilə kükü bişirərək yeyir, başqa çür qəbul etmək bizdə yoxmuş kimi gorsənir. İspanaq, başdan başa minerallar deposudur. Böyüməkdə olan uşaqdan tutmuş qocalığa qədər hamı üçün faydalıdır, ispanağın həftədə 1-2 stəkan şirəsini çəkib acqarına için, bunu vərdiş edin. İspanaq yarpaqlarından çiy halda salatlar hazırlayın. Qaraciyər, böyrəklər, sümüklər, göz üçün çox faydalıdır.

Tərkibi bol miqdarda sellüloz ilə zəngindir. İspanaq babasil xəstələri və daima qəbizlikdən əziyyət çəkənlər üçün çox faydalıdır, ispanaqda zəngin dəmir və C vitamini vardır mükkəməl bir immunostimulyatordur. Qan azlığında, halsızlıq, yorğunluqda, göz zəifliyində çox faydalıdır. İspanaqda zülal da çoxdur doyurucu və enerjiverici bir təsiri vardır, ürək üçündə faydalı bir qidadır, ürək əzələsini qüvvətləndiri. İspanağı çox yeyən insanlar infarkt olmaz, əzələ qıcolmaları olanlar üçün ispanaq əvəzolunmaz qidadır. İspanağın tərkibindəki minerallar sümük və dişlər üçün çox faydalıdır, klimaks keçirən xanımlar, hamiləlikdən sonra ana olan xanımlar üçün ispanaq salatı və şirəsi mükəmməldir, sümük ərimələrinin qarşısını alır, təzə qan yaradır.

Diqqət. İspanaqdan yeməklər və ya salatlar hazırlanan kimi yeyilsə yaxşıdır, bir gündən çox saxlanmış ispanaqlı yeməklər tez xarab ola bilər, beləki ispanaqlı yeməklərdə zəhərli nitrat turşusunun duzları əmələ gəlir.

Qaziler.az
Diaspora