Azərbaycanda reseptsiz antibiotik satışına qadağa qoyulmalıdır – Məşhur professor

Azərbaycanda reseptsiz antibiotik satışına qadağa qoyulmalıdır – Məşhur professor backend

Bu fikri Azərbaycan Tibb Universitetinin professoru Surxay Musayev Beynəlxalq İmmunitet gününə həsr olunmuş məruzəsində səsləndirib.

O qeyd edib ki, əhali çox xəstəliklərin ilkin əlaməti başlayan kimi antibiotik istifadə edir. İnsanlar qorxur ki, qrip və virus xəstəlikləri pnevmaniyaya keçə bilər. Tez-tez antibiotik istifadəsindən sonra orqanizm bu dərmana alışır və sonrakı müalicədə effekt vermir.

O bildirib ki, Avropada antibiotiklərin istifadəsinə xüsusi komissiya nəzarət edir. Bu komissiyanın icazəsi olmadan həkim pasiyentə antibiotik təyin edə bilməz. Hesab edirəm ki, Azərbaycanda da bu təcrübənin tətbiqinin vaxtı yetişib. Qonşu Türkiyədə artıq buna başlanılıb.

Həkim immuniteti təbii vasitələr, qida və su ilə formalaşdırmağın tərəfdarıdır. Ona görə düzgün və sağlam qidalanmaq lazımdır. Gündəlik rasionda süd məhsulları, meyvə -tərəvəz olmalıdır.

İmmunitetin zəif olmasını necə bilmək olar? Uzun müddət davam edən bronxitlər, LOR orqanların iltihabi prosesləri, mədə-bağırsaq traktının pozulması, 8-9saatlıq yuxudan sonra belə yorğunluq immunitetin zəif olmasını göstərir.

Baku.ws
Diaspora