Ovuclarına baxıb dərdini tap – Əl içi diaqnostikası

Ovuclarına baxıb dərdini tap – Əl içi diaqnostikası backend

Qədimdə təbiblər xəstənin əllərinin içinə baxmaqla artıq diaqnozu bilirdilər.

Çünki əllərin içində bir sıra patologiyalar dəyişikliklər yaradır. Elə evdə özünüz də ovuclarınıza baxmaqla, çox problemdən agah ola bilərsiz:


-Qırmızı ovuclar – qaraciyər problemidir. Həmçinin sapsarı rəng qaraciyərin xəstəliyinin siqnalıdır.
-Yalnız barmaqların ucları qırmızıdırsa, mədə-bağırsaq sistemi pozulub.
-Baş barmağın dibində qırmızı ləkələr cinsiyyət üzvləri ilə problemi göstərir
-Qəhvəyi ləkələr dərinin piqmentasiyasının pozulması və öd durğunluğu


-Ovucda sanki mərmər kimi görüntü və cizgilər sinir və vegetativ sistemdə pozğunluqlar
-Ovucların qabıq qoyması – A, D vitamini əskikliyi
-Buz kimi ovuclar – periferik qan dövranı pozulması, nikotin turşusu çatışmazlığı
-Ovuclar qaynardır – qaraciyər təmizləmə funksiyasını normal yetirmir, kimyəvi komponentlər deaktivə edilmir
-Ovuclarda qarışqa gəzintisi kimi gizilti – endokrin və hormonal sistem pozuntuları
-Nəm, tərli əllər qalxanabənzər vəzin hiperfunksiyası
-Qanı qaçmış ağ ovuclar – qanda hemoqlobin azdır


-Barmaqların ucunun keyiməsi ürək-damar sistemində problemlər
-Barmaqlarının yan hissəsinin bərk qaşınması – bağırsaq problemi və çirklənməsi
-Barmaqların bərkiməsi, quruması – öd kisəsində problem var.
-Barmaqların sümük və oynaqlarının deformasiyası – artroz, artrit, revmatizma əlaməti.


Ümumiyyətlə, əllərinizdə görünən istənilən kobud xoşagəlməz dəyişikliyi nəzərə alıb, mütləq həkimə göstərin. (medicina.az)
Diaspora