Səhiyyə Nazirliyindən Azərbaycanda yayılan yeni virusla bağlı açıqlama

Səhiyyə Nazirliyindən Azərbaycanda yayılan yeni virusla bağlı açıqlama backend

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Azərbaycanda kəskin respirator virus infeksiyalarına yoluxma ilə bağlı yaşanan narahatlıqlar barədə açıqlama verib.

Afaq Əliyeva ölkə.az-a bildirib ki, sözügedən məsələ ilə bağlı ciddi narahatlığa ehtiyac yoxdur:

"Azərbaycanda kəskin respirator virus infeksiyalarına yoluxma ötən ilki səviyyədədir. Xəstəliyin yayılma göstəricisində artım müşahidə edilmir. Səhiyyə Nazirliyinin əmrinə uyğun olaraq, xəstələrin aşkar olunması, müəssisələrdə dezinfeksiya tədbirlərinin gücləndirilməsi, müayinələrin aparılması üçün tədbirlər davam etdirilir. Bu payız-qış mövsümündə laborator müayinələr aparılıb. Hələ ki, pandemik qrip virusları aşkarlanmayıb. Nümunələrin müayinəsi zamanı xəstələrin əsasən müxtəlif kəskin respirator virus infeksiyalarına yoluxduğu məlum olub".
Diaspora