Atmosferə toplanan viruslar üstümüzə yağır

Atmosferə toplanan viruslar üstümüzə yağır backend

Viruslar atmosferdə yığılır, sonra isə yer üzünə geri qayıdır.

Publika.az xəbər verir ki, bununla bağlı Kanada, İspaniya və ABŞ-dan olan alimlər araşdırma aparıb. Alimlərin qənaətinə görə, viruslar toz buludları ilə atmosferə qalxır, sonra Yerə yağırlar.

Kanadadakı Britiş Kolumbiya universitetinin virologiya mütəxəssisi Curtis Suttlenin açıqlamasına görə, dünyanın səthindəki hər kvadrat metrə hər gün 800 milyon virus toplanır. Buna nümunə olaraq alim Kanadada hər bir insanın 25 virusa məruz qalmasını göstərib.

Alim 20 il əvvəl bəzi ölkələrdə müşahidə olunan genetik kodu oxşar virusların digər ölkələrdə yayılmasını onların atmosferə qalxıb, hərəkət edərək digər bölgələrə düşməsi ilə əlaqələndiririb.

İspaniyanın Qranada Universitetinin əntraf mühit üzrə mütəxəssisi İsabel Reçe virusların atmosferdə hərəkət edəndən sonra yağış və toz halında yür üzünə düşdüyünü bəyan edib.

Araşdırmanın nəticəsi “İnternational Soceiety for Microbial Ekology” jurnalında yayımlanıb.
Diaspora