Xərçəng xəstəliyinə qarşı QIZIL MÜBARİZƏ - YENİLİK

Xərçəng xəstəliyinə qarşı QIZIL MÜBARİZƏ - YENİLİK backend

Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Krasnoyarsk Elmi Mərkəzinin əməkdaşları qızıl nanohissəсiklərin və istilik təsirinin köməyi ilə xərçəng hüceyrələrinin məhv edilməsi metodikasını sınaqdan keçiriblər.

Mühüm odur ki, yeni üsul xərçəng hüceyrələrinin məhv edilməsi zamanı sağlamlığa zərər vermir.

Hələlik metodu siçanlar üzərində sınaqdan keçiriblər. Məlum olub ki, nanohissəciklərin xərçəng hüceyrələrinə çatdırılması və onların sonradan yaşıl işıqla şüalandırılması hissəciklərin məxsusi olaraq müəyyən zonada qızmasına gətirib çıxarır. Şüalar hissəciklərə hopub və xərçəng hüceyrələrini tamamilə yandırıb. Bu metodun işlənib hazırlanmasında fiziklər, kimyaçılar, bioloqlar, həkimlər, riyaziyyatçılar və mühəndislər öz səylərini birləşdiriblər.

Analoji təsir prinsipi müxtəlif şişlər üçün tətbiq ediləcək. Başlıca məsələ müəyyən xüsusiyyətləri olan hissəcikləri seçməkdir. Belə ki, zahirdəki yeni törəmələr üçün təqribən 30 nanometr ölçüdə, daxili təyinatlarda isə spektrin qırmızı nahiyəsində plazman rezonanslı azacıq iriölçülü hissəciklərdən istifadə etmək olar. Metodika şişin cərrahi əməliyyatla çıxarılmasının mümkün olmadığı halda da kömək edəcək.

(Azərtac)




Diaspora