“Dünyada 2015-ci ildə 10,4 milyon insan vərəmlə xəstələnib, onlardan 5.9 milyonu (56 faiz) kişi, 3.5 milyon (34 faiz) qadın və 1 milyon (10 faiz) uşaq olub. Hər il dünyada 10 milyona yaxın insan vərəmə yoluxur, 2.5 milyon insan isə bu xəstəlikdən vəfat edir”.
Modern.az-ın məlumatına görə, bunu parlamentdə keçirilən “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycan Respublikasında vərəmlə mübarizə” mövzusunda dinləmədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyibş deyib.O bildirib ki, vərəm dünya üzrə 10 ən çox yayılmış ölüm halları siyahısındadır. “Vərəm İİV və malyariyadan daha çox ölümə səbəb olur. 2015-ci ildə dünyada 1 milyon uşaq vərəmlə xəstələnib və 210 min uşaq vərəmdən dünyasını dəyişib.
Azərbaycanda isə son 5 ildə xəstələnmənin dinamikasında azalma müşahidə olunur. 2010-cu ildə 100 min əhaliyə 53 xəstə, 2014-cü ildə 100 min əhaliyə 43,5 xəstə, 2016-cı ildə 100 min əhaliyə 38,9 xəstə olub. Yeni hallar arasında sağalma 83 faiz, təkrar hallar arasında sağalma isə 73 faiz olub”.