Kələmin faydaları:Cavan qalmaq istəyənlərin əsas qidası

Kələmin faydaları:Cavan qalmaq istəyənlərin əsas qidası backend

Türkiyəli endokrinoloq Osman Müftüoğlu orqanizmi cavan saxlayan tərəvəzin faydalarından danışıb.

Qaziler.az “Milliyet”ə istinadən xəbər verir ki, həkim hər kəsə kələm yeməyi məsləhət görüb:

"Mədə həbini udanda turşu ifraz etmir. Bu halda da mikrob əmələ gəlir. Zülalı həzm edə bilmərsiniz. Bədəni sağlam saxlamaq istəyirsinizsə, bacardığınız qədər gül kələm və kələm yeyin. Kələmin turşusu da faydalıdır. Gül kələmi isə çiy yeyin. Bunlarda bol sulfid var".

O.Müftüoğlu sağlam qidalanmaq üçün qlutation ehtiva edən məhsulların əhəmiyyətini vurğulayıb:

“Qlutation gündəmə gətirməyə çalışdığım məsələdir. Bədənin təbii silahlarından biridir. Qlutation bədənin təmizlik işlərini yerinə yetirən maddədir. Bunun üçün gül kələm, kələm, sarımsaq, soğan, turp, ədviyyatlar, sarıkök, darçın və zəncəfilə üstünlük verin, ən önəmlisi məşq edin".

İkinci bir tərəfdən Bütün kələm növlərində kanserogen (xərçəngin inkişafına təkan verən) maddələrini neytrallaşdıran və bununla da xərçəngin riskini azaldan "sulforafan" var. Bu maddə xüsusilə brokkoli kələmində çoxdur.
Müxtəlif ölkələrdə laboratoriya heyvanları üzərində aparılan eksperimentlər göstərib ki, kələmin bütün növləri xərçəng hüceyrələrinin inkişafını və yayılmasını xeyli ləngidir.
Həkimlər insanlara hər gün müxtəlif kələm növlərini qidalanmalarına daxil etməyi tövsiyə edirlər. Nəzərə almaq lazımdır ki, kələm mümkün qədər çiy və ya buğda bişirilmiş halda (kələm salatı, buğda bişirilmiş brokkoli və ya gül kələmi və s.) qəbul edilməlidir. Bu kələmin tərkibində olan bütün xərçəngəleyhinə maddələri saxlamağa kömək edir.

Ümumiyyətlə, elmi araşdırmalar göstərib ki, kələmin bütün növləri (ağ kələm, qırmızı kələm, gül kələmi, pekin kələmi, kolrabi, brokkoli) güclü xərçəngəleyhinə təsirə malikdir.
Diaspora