Tünd alkoqollu içkilər orqanizmə zərərdir-bu, aksiomadır.
Lakin qırmızı şərab fərqlidir.Bu içkinin pərəstişkarları təsdiq edirlər ki, şərab istehsalçısı olan ölkələrdə uzun ömürlülər çoxluq təşkil edir, lakin onların opponentləri istehza ilə bildirirlər ki, bu uzunömürlülərin ürəkləri qaydasında olmur və onlar çox zaman xərçəngin müxtəlif formalarından əziyyət çəkirlər...
Şərab orqanizmə necə təsir edir?
İsrailin Ben-Quriona adına universitetin əməkdaşları eksperiment üçün 224 nəfərdən ibarət qrup yaradıblar. Onlar bu və ya digər dərəcəli II tip şəkərli diabet xəstələri olub. Bu şəxslər rasionlarından alkoqolu çıxarmalı idi. Onlara aralıq dənizi dietası təyin edildi. Sonra onlar naharda qəbul edəcəkləri içkinin tipinə görə 3 qrupa ayrıldılar: adi su, quru ağ şərab və qırmızı şərab.
Əvvəlcə 6 ay , sonra 24 ay ərzində araşdırmaçılar kifayət qədər maraqlı nəticə əldə ediblər. “Şərab“ komandası ilk yarım ildə yuxunun keyfiyyətində irəliləyiş əldə etmişdilər. Həmçinin onların qanında yaxşı alfa-xolesterinin artmasını müşahidə ediblər. Bu isə ürək-damar xəstəlikləri və ateroskleroz riskini azaldır.
Hətta hər gün 150 ml qırmızı quru çaxır içənlərdə metobolik sindrom göstəricisi aşağı düşüb, təzyiq normallaşıb.
Daha bir maraqlı fakt. İki illik araşdırmanın gedişində alimlər müşahidə ediblər ki, adi su içənlərlə müqayisədə yemək zamanı şərab içənlərdə yeməkdən 60 dəqiqə sonra şəkərin səviyyəsi 30% aşağı düşüb.
Bir sözlə, eksperiment hər hansı bir inqilabi açılış nəticəsi verməyib. Yalnız kardioloqlar tərəfindən elmi cəhətdən təsdiq olundu ki, nahar və şam yeməyindən sonra 200-300 ml qırmızı şərab orqanizm üçün müsbət effekt verir, şəkərli diabet, infarkt-miokard və ürək çatışmamazlığına profilaktik təsir göstərir.
Əgər bu eksperimenti öz üzərinizdə sınamaq istəyirsinizsə, nəzərə alın ki, həmin vaxtkı menyü əsasən balıqdan, zeytun yağı əlavə edilmiş tərəvəz salatlarından, az miqdarda ətdən və desertdə meyvədən ibarət olub.
Qaziler.az