Depressiyadan çıxaran, yuxuya getməyə... kömək edən BANAN QABIĞI ÇAYI

Depressiyadan çıxaran, yuxuya getməyə... kömək edən BANAN QABIĞI ÇAYI backend

Tədqiqatçılar banan qabığının serotonin səviyyəsini artırdığını təsbit ediblər.

İnsanların qış aylarında depressiyaya meylli olduğu elmi cəhətdən sübut olunub. 150 min insanın iştirak etdiyi araşdırmaya görə, qadınlar depressiyadan bu aylarda kişilərə nisbətən daha çox əziyyət çəkirlər. Qadınlarda bu aylarda ruh halı dəyişir, özlərini yorğun hiss edir, əvvəllər zövq aldıqları şeylərdən artıq xoşlanmırlar və s.

Lakin qış depressiyasının qarşısını almaq üçün təbii çarələr vardır. Onlardan birini təqdim edirik:

Banan qabığı çayı

Tayvanlı araşdırmaçılar banan qabığının xoşbəxtlik hormonu hesab edilən serotinin səviyyəsini qaldıran komponentlər daşıdığını sübut ediblər. Banan qabığı əzələlərin rahatlanması və adrenalinin səviyyəsinin nəzarət altında tutulması üçün gərəkli olan minerallarla zəngindir. Meyvəsini yediyiniz banan qabığından hazırladığınız çayla bu özəllikdən faydalana bilərsiniz.

Hazırlanması:

Banan qabığı yuyulur, 15 dəqiqə suda qaynadılır, soyudulur və içməzdən əvvəl qabıq çıxarılır. Bu çay: gərginliyi götürür, qayğıları xəfiflədir və yuxuya getməyə yardımçı olur.

Qaziler.az
Diaspora