Bu ətirli ot qədim zamanlardan müxtəlif xəstəliklər və pozulmalar zamanı müalicəvi vasitə kimi geniş istifadə olunurdu.
Qaziler.az saglamolun.az-a istinadən məlumat verir ki, müasir dövrdə də ətirli və müalicəvi kəklikotu çayı çox populyardır. Lakin bu çaydan fayda almaq üçün onu düzgün hazırlamaq lazımdır. 1/2 çay qaşığı quru kəklikotu 1 fincan qaynar suda dəmlənilir. Gün ərzində bu çaydan 1-2 fincan içmək olar.Çaya zövqə görə bal, limon, bıçağın ucunda darçın, zəncəfil əlavə etmək olar. Kəklikotunu adi qara çayla birlikdə dəmləmək olar. Bu halda 1 çay qaşığı qara çay 1 çay qaşığı kəklikotu ilə qarışdırılır və 1/2 l qaynar su ilə dəmlənilir. (Göstərilən dozaları artırmayın, çox miqdarda kəklikotunun qəbulu zəhərlənməyə səbəb ola bilər.)
Kəklikotu çayı orqanizmə güclü müalicəvi və profilaktik təsir edir:
- Mədə-bağırsaq sistemini dezinfeksiya edir, bağırsaqları toksinlərdən, ziyanlı bakteriyardan təmizləyir, köpü azaldır, disbakteriozu müalicə edir, qurdəleyhinə təsir edir.
- Öskürək zamanı yaxşı kömək edir, nəfəs yollarında iltihabı azaldır, bəlğəmin çıxmasını asanlaşdırır.
- Soyuqdəymə xəstəlikləri zamanı belə çay virusəleyhinə təsir edir, xəstənin vəziyyətini yüngülləşdirir, sağalmanı tezləşdirir.
- Çay immun sistemini gücləndirir.
- Ağrıları azaldır.
- Orqanizmi tonuslaşdırır, əhval-ruhiyyəni yaxşılaşdırır, depressiya ilə mübarizə etməyə kömək edir.
- Kişilərdə potensiyanı gücləndirir.
- Kəklikotu çayı tanınmış südartıran vasitədir.
- Əqli fəaliyyəti ilə məşğul olan insanlar üçün bu çay çox xeyirlidir - yorğunluğu azaldır, iş qabiliyyətini artırır.