3 həkimin ölü diaqnozu qoyduğu adam dirildi

3 həkimin ölü diaqnozu qoyduğu adam dirildi backend

3 fərqli həkim tərəfindən öldüyü deyilən ispan məhkum yarılma prosesindən əvvəl dirilib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, İspaniyanın Austrias bölgəsində baş verən hadisədə Qonzalo Montoya Ximenez adlı məhkumun əvvəlcə öldüyü bildirilib və o, Ovieodada yerləşən Tibb İnstitutuna aparılıb. Yarılmadan əvvəl bədəni işarələnən Ximenezin sağ olduğu görülüb və o reanimasiyaya yerləşdirilib.

Qeyd edək ki, baş verən hadisənin katalepsiya olması ehtimal edilir. Katalepsiya, insanın ürək döyüntüsü və nəfəsinin ölü hesab ediləcək dərəcədə zəifləməsi hadisəsidir.
Diaspora