Öskürək əleyhinə effektli KARTOF KOMPRESİ

Öskürək əleyhinə effektli KARTOF KOMPRESİ backend

Qabıqlı kartofun buxar inhalyasiyası haqqında çoxları bilir.

Lakin çox adam kartof kompresinin bronxit zamanı əla vasitə olduğunu bilmir. Onun bir neçə prosedurdan sonra ən güclü öskürəyi belə kəsdiyi sübut olunub.

Qaziler.az Rusiya mətbuatına istinadən belə kompreslərdən ikisini təqdim edir:

Kartoflu kompres

I variant

İnqredientlər

4 orta ölçülü kartof
3 çay qaşığı soda
1 çay qaşığı bal

Hazırlanması

1. Kartofları qaynadın və qabığını soyun.

2. Soda və bal əlavə edərək yaxşı qarışdırın.

3.Alınan kütlədən iki kökə hazırlayın. Onları təmiz əskinin (tənzif və ya enli bint də ola bilər) üzərinə qoyub bükün

4. Kökələr yanmamalıdır. Onları kürəkdə iki kürək sümüyü arasına və sinəyə qoyun. Bunları tibbi plastırla bərkitmək olar. Xəstəni bürüyün.

5. Bir qədər sonra soyumaqda olan, lakin hələ də isti olan kökələri çıxarın.

Kartofdan hazırlanan kompresin ikinci variantı



İnqredientlər

4-5 kartof
0,5 xörək qaşığı bitki yağı
5 damcı yod

Hazırlanması

1. Kartofu qabıqlı qaynadın. Suyu süzün, kartofu isə əzin.
2. Bitki yağı və yod əlavə edin.
3. Bundan kökələr hazırlayın və əski üzərinə qoyub bükün. Sinəyə qoyun və sarıyın. Soyuyan kimi çıxarmaq da, səhərə qədər saxlamaq da olar.



Haşiyə: Birinci reseptdə qeyd olunan bal bəzi hallarda allergiya yarada bilər. Ona görə də məsləhət görülür ki, istifadədən öncə qarışıq dərinin bir hissəsinə çəkilib yoxlansın. Əgər allergik reaksiya müşahidə edilməzsə balla kompresdən istifadə etmək olar.

Kompres bədənin yüksək tempraturu zamanı istifadə edilə bilməz. Uşaqların müalicəsi zamanı kompresi bütün gecəni saxlamaq məsləhət deyil. 1-2 saat kifayət edər.



Arzu Səlim

Diaspora