1.4 kq ağırlığında beyin haqqında İNANILMAZ MƏLUMATLAR

1.4 kq ağırlığında beyin haqqında İNANILMAZ MƏLUMATLAR backend

İnsan beyni son dərəcə mürəkkəb, ilk baxışda dəhşətə gələcək füsunkar bir orqandır.

İstənilən düşünmə anında istifadə etdiyimiz beynimizi, öz beynimiz haqqında düşünərkən də istifadə etdiyimizdə çox qəribə hisslər yaşanır. Təfəkkür prosesi yenə beyin vasitəsilə gerçəkləşdirilir.

Kəllə sümüyünün içərisində yerləşən jeleyə bənzər konsistensiya, yumşaq, qıvrım quruluşda bir orqan bütün insan orqanizmini fizioloji və mənəvi baxımdan idarə etmək gücünə malikdir.

Yuta Universiteti tərəfindən ilk dəfə insan beyninin yaxından incələnməsi üçün şərait yaradılmışdır. Söhbət yalnız laboratoriya şəraitində müşahidə olunan və çox insanın araşdırmaların istifadə etdiyi vizual beyin modellərindən yox, yenicə dünyasını dəyişmiş insanın beynindən gedir.

Publika.az xəbər verir ki, Yuta Universitetinin neyrobiologiya və anatomiya şöbəsinin mütəxəssisləri Suzan Stensaas adlı qadının ölümdən sonra universitetə tədqiqat üçün bağışladığı orqanlar üzərində maraqlı eksperimentlər aparıblar. Tədqiqatçı, əlində tutduğu 1.4 kq ağırlığında beyin haqqında inanılmaz məlumatlar verib. İnsanın kəllə sümüyünün içində bütün həyat təcrübələrini yadda saxlayan, xatirələrini davamlı xatırladan tükürpədən orqan haqqında elmi mühazirə oxuyub.

S.Stensaas xərçəng xəstəliyindən vəfat etmişdi. İnsan beyni beyin-onurğa mayesi ilə əhatə olunmuş bir neçə dəfə qılaflarla haşiyələnmiş və kəllə sümüyünün sərt gövdəsi içərisində mühafizə olunmaqdadır. Bu belə insan beyninin həyat faktoru üçün olduqca əhəmiyyətli orqan olduğunun sübutudur.

Bir tədris materialı kimi istifadə edilən canlı insan beyni üzərində tədqiqatçı müxtəlif anatomik xüsusiyyətləri göstərərkən, heyrətamiz dərəcədə incə görünən beyin saplağının aydın görüntüsü də kameralara düşüb.

Həmin görüntüləri sizə təqdim edirik:
">





Diaspora